Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bal küpəsiilə bağlı ayı ilə danışıqlar” - Putinlə sammit təklifi Avropanı bir-birinə qatdı...

Almaniya kansleri Angela Merkel və prezident Emmanuel Makron tərəfindən Rusiya prezidenti Vladimir Putinlə sammit keçirilməsi barədə irəli sürülümüş təklif ötən gün Brüsseldə gecənin gec saatlarında qızğın mübahisələrə səbəb olub və İttifaq üzvü olan ölkələrin, xüsusilə də Şərqi Avropa ölkələri liderlərinin ciddi müqaviməti ilə üzləşib. Habelə nüfuzlu Avropa nəşrləri bu təklifi hiddətlə pisləyən redaksiya məqalələri dərc ediblər.

Təklifin əleyhinə olanlar bildiriblər ki, münasibətlərin son dərəcə pis olduğu bir vaxtda Putinlə dialoq Moskvaya yanlış mesaj verə bilər. Avropa İttifaqı sammitinin 25 iyun tarixli bəyanatında deyilir ki, “liderlər Rusiya ilə dialoqun format və şərtlərini araşdıracaqlar”. Sənəddə qeyd olunur ki, Avropa İttifaqı onun marağında olan bəzi sahələr üzrə Rusiya ilə müzaklirələr apara bilər. Burada söhbət ilk növbədə iqlim və ətraf mühit, səhiyyə, İranla nüvə sazişi, Liviya və Suriya kimi məsələlərdən gedir.

Kreml bildirib ki, Avropa İttifaqının Putinlə sammitləri bərpa etməmək qərarından təəssüf hissi keçirir: "Prezident Putin Moskva və Brüssel arasında işlək münasibətlərin bərpasında həmişə maraqlı olub və yenə də maraqlıdır”.

Fransa və Almaniya 2014-cü ildən dayandırılmış Rusiya-Aİ sammitlərinin bərpa olunmasını təklif etmişdilər.Onlar iyunun 16-da ABŞ prezidenti Co Bayden və Putin arasında keçirilmiş Cenevrə sammitini əsas gətirirdilər. Buna baxmayaraq, Rusiya təcavüzündən narahat olan üzv ölkələr, xüsusilə də Estoniya, Litva, Latviya, habelə Polşa və Rumıniya Putinlə dialoqa qarşı çıxıblar.

Rusiya Avropa İttifaqının ən böyük enerji təchizatçısıdır və İranla nüvə razılaşması, habelə Liviya və Suriya kimi Avropanın strateji marağında olan məsələlərdə əsas rol oynayır. Lakin Avropa İttifaqı və Rusiya arasında bir sıra ciddi fikir ayrılıqları var. Bunlar Ukraynanın təhlükəsizliyi və Belarusda insan haqlarının vəziyyəti, habelə Moskvanın xaricdəki seçkilərə müdaxiləsi və Avropada təhlükəsizlik və stabilliyə hədə təşkil etməsi kimi məsələlərdir.

Təklif verənlərin arqumenti

Avropa İttifaqı Rusiya prezidenti ilə sammitləri Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdikdən sonra dayandırıb. Qərb bununla əlaqədar Rusiya üzərinə sanksiyalar qoyub, lakin Ukraynanın şərqindəki münaqişə ocağı hələ də közərməkdədir. Putinlə sammit təklifi verən Emmanuel Makron Brüssel görüşündən əvvəl demişdi : “Biz Rusiya ilə münasibətlərə dialoqsuz davam edə bilmərik”.

Almaniya kansleri Angela Merkel isə bildirmişdi ki, son ayların hadisələri Rusiya ilə dialoqun zəruriliyini nümayiş etdirib. O deyib: “Bizim Rusiyanın təxribatlarına əlaqələndirilməmiş şəkildə reaksiya verməyimiz kafi deyil”. Merkel qeyd etmişdi ki, Rusiyanın “hibrid hücumlarına” vahid və həmrəy cəbhədən reaksiya verilməsi üçün “mexanizmlər” olmalıdır.

“Bal küpəsi barədə ayı ilə dialoq”

Merkel sammitdən sonra deyib ki, onun istədiyi dialoq formatsız da başlana bilər. Almaniyanın Rusiyada nəhəng iqtisadi maraqları var və Berlin Rusiya qazını birbaşa Almaniyaya gətirməli olan Şimal Axını 2 kəmərinin tikintisinin başa çatdırılmasını istəyir.Lakin bu təklifə qarşı çıxan Litva prezidenti Gitanas Nauseda deyib ki, Rusiya davranışlarını dəyişmədən onunla heç bir dialoqdan söhbət gedə bilməz.

Nauseda əlavə edib ki, belə bir sammit “bal küpünü salamat saxlamaq üçün ayı ilə danışıqlar aparmağa” bənzəyərdi. Latviya prezidenti Krisyanis Karins isə deyib ki, diplomatiyanın Ukraynadakı münaqişəyə son qoya bilmədiyi bir vaxtda Rusiyanı dialoqla mükafatlandırmağa dəyməz.

Avopa İttifaqının bəyənatında deyilir ki, Rusiya özünün dezinformasiya, kiberhümlar və İttifaqda ixtilaf yaradılmasına cəhdlər kimi fəaliyyətlərini davam etdirərsə, Moskva üzərinə yeni sanksiyalar qoyula bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Ən çox oxunanalar