Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadçıdan büdcə qeydi

Milli Məclis Azərbaycanın 2020-ci il büdcəsinin icrası haqqında qanun layihəsini son oxunuşda qəbul etməyə hazırlaşır.

İqtisadçı Qubad İbadoğlu yazır ki, “Büdcə sistemi haqqında” qanun Maliyyə Nazirliyinin əvvəlki ilin dövlət büdcəsinin icrası barədə illik hesabatı və uyğun qanun layihəsini təsdiq üçün mayın 15-dən gec olmayaraq Milli Məclisə təqdim etməsini nəzərdə tutur: “Parlamentin 8 iyun iclasında 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi üçüncü – son oxunuşda qəbul olunmalıdır. Ancaq Maliyyə NazirliyiMilli Məclis 2020-ci ilin dövlət büdcəsinin icrası barədə illik hesabatı, Hesablama Palatası isə bu hesabata dair rəyi saytlarında yerləşdirməyiblər”.

2020-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsində gəlirlər 24,7 milyard manat, xərclər 26,4 milyard manat göstərilir, icra olunmuş xərclər belə sıralanır:

iqtisadi fəaliyyət – 5,5 milyard manat;

müdafiə və milli təhlükəsizlik – 3,7 milyard manat

ümumi dövlət xidmətləri – 3,5 milyard manat;

sosial müdafiə və sosial təminat – 3,1 milyard manat;

təhsil – 2,8 milyard manat;

məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 1,8 milyard manat;

səhiyyə – 1,7 milyard manat;

kənd təsərrüfatı – 862,2 milyon manat;

mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 342 milyon manat;

mənzil və kommunal təsərrüfatı – 245,6 milyon manat;

ətraf mühitin mühafizəsi – 240,6 milyon manat;

əsas bölmələrə aid edilməyən xərclər – 2,5 milyard manat.

Layihəyə görə, 2020-ci ildə büdcə kəsiri 1,7 milyard manat, 2021-ci il yanvarın 1-nə vahid xəzinə hesabının sərbəst qalığı 1,5 milyard manat olub.(novator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar