Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Ermənistan münaqişəsində Rusiyanın hazırkı mövqeyini necə dəyərləndirmək olar?..

Ermənistanın baş naziri hesab edir ki, Sünikdə Azərbaycanı “təxribata” sürükləyənlər var...

Politoloq: “Bu cür gərginliklərin baş verməsi dolayısı ilə Rusiyanın prosesə vasitəçi olaraq müdaxiləsinə imkan yaradır”.

Rusiya istər 44 günlük müharibə zamanı, istərsə də sərhədlərin müəyyənləşməsi ilə bağlı ilk günlərdə, xüsusilə Qaragöl ətrafında yaranmış suni ajiotaj prosesində də digər Qərb ölkələrindən fərqli mövqe tutdu”.

Bu sözləri politoloq Natiq Miri Azərbaycan-Ermənistan münaqişəsində Rusiyanın hazırkı mövqeyini PİA.az-a şərh edərkən söyləyib.

Dünən Paşinyan çıxışında üstüörtülü şəkildə Azərbaycanın Rusiya birlikdə hərəkət etdiyinə işarə edib. Paşinyan Azərbaycan təkbaşına hərəkət eləmir və onunla birlikdə olan tərəf haqqında əllərində sübut olan kimi açıqlayacaqlarını qeyd edib: “Böyük ehtimalla Azərbaycanı Sünikdəki təxribata sürükləyənlər var. Çətin ki, Bakı təkbaşına belə addımlar atsın”, deyə Ermənistanın baş naziri vurğulayıb.

“Mən bilmirəm Bakı bu addımlarını kimlə razılaşdırıb. Ancaq mən düşünürəm ki, bütün bu baş verənlər əvvəlcədən kimlərləsə razılaşdırılıb”.

Deputat Tiqran Urixanyanın, “bu işlərin arxasında duran tərəf Türkiyə ola bilərmi”, sualını cavablandıran Paşinyan, “bu variantlardan biridir”, cavabını verib. Qeyd edək ki, Paşinyan başda olaraq bütün erməni rəsmiləri və qeyri rəsmiləri davamlı olaraq Türkiyəni olmaz işlərdə ittiham edirlər. Bu məsələdə isə Paşinyanın Türkiyəni birbaşa ittiham etməsindən belə görünür ki, Ermənistanın baş naziri Rusiyaya işarə edir.

Ümumiyyətlə istər Ermənistanda yaşayan, istərsə də xaricdə yaşayan ermənilər Rusiyanın son davranışlarından ciddi narazılıq və narahatlıq ifadə etməkdədirlər. Ermənilər hesab edirlər ki, Rusiya və KTMT əslində onların deyil, Azərbaycanın müttəfiqi kimi çıxış edir və sərhəddə baş verənləri qınamaqdan belə qaçırlar.

Bəs Azərbaycan-Ermənistan münaqişəsində Rusiyanın hazırkı mövqeyini necə dəyərləndirmək olar və Moskva bölgədə hazırda hansı hədəfinə, ya da hədəflərinə can atır?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Düşünürəm ki, Nikol Paşinyan Rusiyanın Azərbaycanla birgə iş görməsini deməklə yalan danışır. Çünki Rusiya bu prosesdə kimsəni müdafiə etmir”.

Rusiyanın bu cür gərginliklər yaratmaqla regiona nəzarəti əlində saxlamağa çalışdığını vurğulayan politoloq PİA.az-a bildirib ki, Moskva bununla Ermənistan rəhbərliyini Rusiyanın əleyhinə istifadə edən Qərb ölkələrinə müəyyən mesaj verir:

“Bu cür gərginliklərin baş verməsi dolayısı ilə Rusiyanın prosesə vasitəçi olaraq müdaxiləsinə imkan yaradır. Bu da bütün zamanlarda Rusiyanın əsas istəklərindən biri olub. Yəni Rusiya hər zaman tərəflər üçün vacib olan bir ölkəyə çevrilmək istəyində olub. Buna görə də Rusiya adətən bu cür gərginlikləri həm yaratmaqda, həm də idarə edərək prosesə nəzarət etməkdə maraqlıdır.

Rusiya istər 44 günlük müharibə zamanı, istərsə də sərhədlərin müəyyənləşməsi ilə bağlı ilk günlərdə, xüsusilə Qaragöl ətrafında yaranmış suni ajiotaj prosesində də digər Qərb ölkələrindən fərqli mövqe tutdu. Rusiya birmənalı olaraq açıqladı ki, əslində baş verən ciddi hərbi qarşıdurma deyil. Bu sərhədlərin müəyyənləşməsi prosedir və bu da ağrılı prosesdir.

Bunu da hərbi yolla deyil, yalnız diplomatik danışıqlar yolu ilə həll etməyə ehtiyac var. Rusiya da bu məsələdə vasitəçi olmağa hazırdır.

Bildiyimiz kimi bu ərazilərin müəyyən olunması prosesində əsas iştirakçı dövlət Rusiyadır. Əslində xəritələr də Sovet dövründə hazırlanıb və Rusiya da Sovetin varisi olduğu üçün Rusiyanın prosesdə vasitəçiliyi vazkeçilməzdir və yeganə tərəfdir ki, dəqiq xəritələr təqdim edə bilər. Amma düşünürəm ki, Nikol Paşinyan Rusiyanın Azərbaycanla birgə iş görməsini deməklə yalan danışır. Çünki Rusiya bu prosesdə kimsəni müdafiə etmir. Ayrıca Rusiya yalançı Ermənistan tərəfini müdafiə etdiyi təqdirdə öz nüfuzu ilə birlikdə Rusiya-Azərbaycan, Rusiya-Türkiyə münasiblərinə də ciddi zərbə vurmuş olar.

Natiq Miri: “Rusiya hər zaman tərəflər üçün vacib olan bir ölkəyə çevrilmək istəyində olub. Buna görə də Rusiya adətən bu cür gərginlikləri həm yaratmaqda, həm də prosesə nəzarət etməkdə maraqlıdır”.

Buna görə də bu məsələdə Rusiya ədalətli vasitəçi kimi çıxış etmək istəyir. Bunu da Ermənistan rəhbərliyi Rusiyanın əleyhinə istifadə etməklə digər Qərb ölkələrinə mesaj verir ki, guya bu məsələdə Azərbaycan tək deyil. Rusiya Azərbaycanı dəstəklədiyi üçün Ermənistanın da ciddi dəstəyə ehtiyacı var. Yəni Ermənistan digər üçüncü, dördüncü tərəfləri - Fransa, ABŞ, hətta İranı prosesə qatılmağa sövq etmək istəyir. Ermənistan prosesi daha çox mürəkkəbləşdirməklə istəyir. Bunun üçün də onların məqsədi var:

1. Ermənistanın təhlükəsizliyini təmin etmək;

2. Sərhədlərin müəyyənləşməsi prosesini ləngitməklə zaman qazanmaq;

3. Heç olmasa, bu prosesi 20 iyun parlament seçkilərindən sonraya saxlamaq.

Ən nəhayət onu da qeyd edim ki, bu prosesin içərisində geosiyasi məqsəd də var. Bu da ondan ibarətdir ki, əgər imkan olarsa, xarici ölkələrin, yəni Qərb ölkələrinin prosesə müdaxiləsi ilə sərhədlərin müəyyənləşməsi məsələsində Azərbaycanın haqlı ərazilərinin geriyə qaytarılması prosesinin qarşısını almağı hədələyiblər. Yəni əgər belə president yaranarsa, gələcək perespektivdə Azərbaycanın Qazaxın 7 rayonunun, Naxçıvanın kəndlərinin geriyə qaytarılması çətin prosesə çevrilə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket: Sərhəd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar