Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qiymətlər niyə artır? - Ekspert hesab edir ki, bunun günahı Gömrük Komitəsinin üzərinə düşür...

Rəsmi statistika qiymətlərin 4 faiz, müstəqil ekspertlər isə 20-30 faiz qalxdığını deyir...

İqtisadçı-ekspert: “Əmək haqqının azalmasına səbəb kimi pandemiyanın iqtisadiyyatı daraltmasını, qiymətlərin artmasına səbəb kimi isə Gömrük orqanlarının hətta daralma dövründə belə bəyannamə qiymətlərini şişirtməsini göstərmək olar”.

“Qiymət artımını şərtləndirən həm də hökumətin iqtisadi siyasətidir. İlin əvvəlində dizel yanacağının qiymətinin artması, həmçinin su tarifində 100 faiz qiymət artımın olması da qiymətlərdə artımı şərtləndirdi”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli 2020-ci ilin ilk üç ayı ərzində iqtisadiyyatda orta əməkhaqqının 4,2 faiz azalmasının, qiymətlərin isə 4 faiz artmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Rəsmi statistikaya əsasən, 2020-ci ilin ilk üç ayı ərzində iqtisadiyyatda orta əməkhaqqı 4,2 faiz azalıb, qiymətlər 4 faiz artıb. Amma müstəqil ekspertlər bu faizlərin daha böyük olduğunu deyirlər. Xüsusən qiymətlərin 20-30% arasında qalxdığı iddia olunur.

Əmək haqqının azalmasında və qiymətlərin artmasına səbəb olan hansı obyektiv və subyektiv səbəbləri göstərmək olar? Ümumiyyətlə son illər hökümətin iqtisadi siyasətində səmərəlilik hansı səviyyədədir?

Qiymət artımının səbəblərini PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Hökumət əlində olan müxtəlif alətlərlə iqtisadiyyatda infilyasiya artmalarını şərtləndirib”.

Ölkəyə idxal olunan məhsulların insanların gündəlik təlabat mallarının strukturunda əhəmiyyətli rola malik olduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, bu bəzi hallarda 60-70 faiz civarında özünü göstərir. Buna görə də qiymət artımında 4 faizlə razılaşmaq olmaz:

“Mən də müstəqil ekspertlər fikirlərini bölüşürəm. Əmək haqqının azalmasına səbəb kimi pandemiyanın iqtisadiyyatı daraltmasını, qiymətlərin artmasına səbəb kimi isə Gömrük orqanlarının hətta daralma dövründə belə bəyannamə qiymətlərini şişirtməsini göstərmək olar. Çünki ölkəyə idxal olunan məhsullar insanların gündəlik təlabat mallarının strukturunda əhəmiyyətli rola malikdir. Bu bəzi hallarda 60-70 faiz civarında özünü göstərir. Buna görə də qiymət artımında 4 faizlə razılaşmaq olmaz. Bu doğru deyil.

Qiymət artımını şərtləndirən həm də hökumətin iqtisadi siyasətidir. İlin əvvəlində dizel yanacağının qiymətinin artması, həmçinin su tarifində 100 faiz qiymət artımın olması da qiymətlərdə artımı şərtləndirdi. Yəni hökumət əlində olan müxtəlif ədalətlərlə iqtisadiyyatda infilyasiya artmalarını şərtləndirib.

Nazim Bəydəmirli: “Gömrük orqanları sahibkarlara məcburən bəyannamə qiymətlərini artırmaqla qiymətləri şişirdirlər”.

Bu məsələdə bir daha Gömrük orqanlarına qayıtmaq lazımdır. Çünki bildiyiniz kimi Gömrük orqanları sahibkarlara məcburən bəyannamə qiymətlərini artırmaqla qiymətləri şişirdirlər.

Onu da qeyd edim ki, bu dövrlərdə iş yerlərinin azalması maaş və vətəndaşların gəlirlərinin azalmasına səbəb oldu”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Ən çox oxunanalar