Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

190 manat üçün müraciət edən şəxslərin ailələrinin gəlirləri nəzərə alınmayıb - Rəsmi

Statistik məlumatlara əsasən məşğulluq orqanları tərəfindən 2019-cu ildə 81 min 272 nəfər işsiz şəxs kimi qeydiyyata alınıb. Lakin respublika üzrə xüsusi karantin rejiminin tətbiq edildiyi ilkin dövrdə, yəni aprel ayında Məşğulluq Agentliyi tərəfindən 600 min nəfərə birdəfəlik ödəmə həyata keçirilib.

PİA.az-ın məlumatına görə, bu “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.

Nazirlər Kabinetinin Qərarına əsasən 2020-ci ildə birdəfəlik ödəmə aprel-avqust və dekabr aylarını əhatə etməklə, xüsusi karantin rejiminin tətbiq olunduğu ərazilər üzrə həyata keçirilib.

Statistik məlumatlara əsasən hesabat ilində məşğul əhalinin sayı 4 milyon 876,6 min nəfər olmaqla iqtisadi fəal əhalinin 92,8 faizini təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 2,4 faiz bəndi azdır.

Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar birdəfəlik ödəmənin ailələrə deyil, yalnız işsiz kimi qeydiyyata alınmış şəxsə ünvanlanması bu hüququn formalaşdırılması zamanı ailə gəlirlərinin nəzərə alınmamasına səbəb olub.

“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən birdəfəlik ödəminin ünvanlılığı ailəyə deyil, konkret fərdə, yəni işsiz kimi qeydiyyata alınmış şəxsə aid edilib.

Eyni zamanda, qaydada ailə üzvləri deyərkən əsasən ər və ya arvad nəzərdə tutulmuş, yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin birdəfəlik ödəmə almaq hüquqlarının olmadığı qeyd edilib, digər hallarda isə yaşı 18-dən yuxarı olan ailənin digər üzvlərin mövcud şərtlər daxilində işsiz kimi qeydiyyata alınmaqla ödəmə ilə təmin hüququnun olduğu qeyd edilib.

Lakin fəaliyyətin təşkili zamanı ödəmə üçün müraciət etmiş şəxsin birgə yaşadığı ailənin ümumi gəlirlərinin nəzərə alınmaması ailənin ümumi gəlirlərinin ailə üzvlərinin sayına nisbəti əsasında müəyyən edilən və hər bir ailə üzvünə düşən gəlirin ölkə üzrə müəyyən edilmiş yaşayış minimumdan çox olması hallarında da müraciət etmiş və işsiz kimi qeydiyyata alınmış şəxslərin ödəmə ilə təmin olunmasına əsas verib. (Oxu.Az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar