Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlər onlayn dərslərdə əlavə məşğələdən narazıdırlar... - Nə qədər haqlıdırlar?

Dərslər onlayn olduğu üçün RTŞ müəllimlərdən əlavə məşğələ tələb edir?..

Təhsil eksperti: “Müəllimlərdən hər hansı yarışmaların da keçirilməsini tələb etmək yolverilməz haldır. Müəllimləri bu şəkildə incitmək olmaz”.

“Bəzi Rayon Təhsil Şöbələrində düşünülür ki, müəllimlər asudə vaxtlarında repetitorluqla məşğul olurlar. Buna görə də müəllimlərə belə tapşırıqlar verirlər. Amma bu yalnış düşüncədir”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi onlayn dərs müddətində müəllimlərdən əlavə yarışmaların keçirilməsi tələbini PİA.az-a şərh edərkən qeyd edib.

Dərslər onlayn və yarımonlayn keçiriləndən müəllimlərin şikayəti artıb. Onlar RTŞ-nın hər gün yeni bir ideya çıxardığını bildirirlər. Məsələn müəllimlər videoidman, videoşeir, videogəzinti yarışmaları, təqdimatlar, yubileylər kimi verilən tapşırıqlardan narazıdırlar və bildirirlər ki, dərslər onlayn olandan onlar ancaq dərslər məşğul olurlar, başqa zamanları qalmır. Müəllimlər deyirlər ki, RTŞ bunu dərslərin onlayn olduğu, yəni müəllimlərin evdən işlədiyi üçün edirlər.

Müəllimlərin bu narazılıqları haqqlıdır, yoxsa belə olmalıdır?

Müəllimlərin narazılığını PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Müəllim ona təyin olunmuş vaxt ərzində dərslərini tədris etməlidir. Müəllim evdə oturubsa, bu o demək deyil ki, onun asudə vaxtı da istismar edilməlidir”.

Əgər müəllimlər dərs müddətində yarışma tələb edirlərsə, bunun Rayon Təhsil Şöbələrini haqlı çıxarda biləcəyini vurğulayan ekspert bildirib ki, dərs müddətində yalnız şagirdlərin qiymətləndirməsi, onlara təhsilin verilməsi, mövzunun izahı əsas hesab olunur. Müvafiq yarışların dərs müddətində keçirilməsi elə də əsas deyil:

“Əslində bu məsələdə müəllimləri haqlı sayıram. Çünki müəllim yalnız təhkim olunmuş sinifin, auditoriyanın dərslərini deyib və qiymətləndirilməsini aparmalıdır. Bu da 45 dəqiqədən artıq vaxt deyil. Distant təhsildə isə bu 30 dəqiqə müddətində olur. Təbii ki, onlayn təhsil əyani təhsillə müqayisədə auditoriyanın sayını nəzərə alaraq böyük imkanlar vermir. Bununla yanaşı müəllimlərdən hər hansı yarışmaların da keçirilməsini tələb etmək yolverilməz haldır. Müəllimləri bu şəkildə incitmək olmaz.

Hər hansı bir yarışma keçirilə bilər. Amma bu yarışma daimi olmamalıdır. Məsələn Təhsil Nazirliyi tərəfindən Vətən müharibəsi ilə bağlı müvafiq tapşırıq verilə bilər. Bu zaman Rayon Təhsil Şöbələrinin tabeliyində olan ümumtəhsil müəssisələrinə yarışmada iştirak etmək üçün tapşırıqlar verilə bilər. Amma videoidma, yaxud da videoşeir, videoturların təşkil edilməsi yolverilməzdir. Çünki hər kəsin başqa işləri də var. Müəllim ona təyin olunmuş vaxt ərzində dərslərini tədris etməlidir. Müəllim evdə oturubsa, bu o demək deyil ki, onun asudə vaxtı da istismar edilməlidir.

Elçin Əfəndi: “Müəllimin asudə vaxtı özünə aiddir və o vaxtdan özü istifadə etməlidir”.

Bəzi Rayon Təhsil Şöbələrində düşünülür ki, müəllimlər asudə vaxtlarında repetitorluqla məşğul olurlar. Buna görə də müəllimlərə belə tapşırıqlar verirlər. Amma bu yalnış düşüncədir. Çünki müəllimin asudə vaxtı özünə aiddir və o vaxtdan özü istifadə etməlidir.

Yox əgər müəllimlər dərs müddətində yarışma tələb edirlərsə, bu Rayon Təhsil Şöbələrini haqlı çıxarda bilər. Amma eyni zamanda haqsız da çıxara bilər. Çünki dərs müddətində yalnız şagirdlərin qiymətləndirməsi, onlara təhsilin verilməsi, mövzunun izahı əsas hesab olunur. Müvafiq yarışların dərs müddətində keçirilməsi elə də əsas deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Gürcüstanın baş naziri ABŞ-a səfər etməkdən imtina edib

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar