Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ milyarderləri nəcib təşəbbüsləri ilə hər kəsi təəccübləndirdilər

Siyasət Araşdırmaları İnstitutu (IPS) tərəfindən hazırlanan yeni bir hesabata görə, dünya miqyasında koronavirus pandemiyası dövründə 2 min 365 milyarderin ümumi sərvəti 4 trilyon dollar artdı. Bunun müqabilində bərabərsizliyin azaldılması və beynəlxalq peyvənd kimi əsas prioritetlərin maliyyələşdirilməsi üçün bəzi ölkələrdə qlobal sərvət vergisi tələb edildi.

Xatırladaq ki, keçən yay “Walt Disney”-in varisi Abigail Disney, “BlackRock” investisiya fondunun keçmiş idarəedicisi Morris Pearl, Amerikalı dondurma markasının həmtəsisçisi, “Ben & Jerrs Jerry Greenfield”-in senari müəllifi və prodüseri daxil olmaqla dünyanın 83 milyoneri “İnsanlığa Milyonerlər” adlı bir məktubda hökumətlərdən koronavirusla mübarizə üçün daha çox vəsait yönəltmək üçün vergiləri artırmaq xahişi ilə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir:“Bu qlobal döyüşün önündə duran insanlara çox borcluyuq. Daşıdıqları yük üçün yetərincə pul ödəmişlər. Dünyamızda müvəqqəti olaraq itirilmiş müvazinət bərpa edilməlidir. Bu haqqı əldə etmək üçün başqa bir şans olmayacaq … İnsanlıq pulumuzdan daha vacibdir“.

“Common Dreams”in Siyasət Araşdırmaları İnstitutunun  yazdığı kimi planetin milyarderlərinin sərvəti qlobal COVİD-19 böhranı və iqtisadi çöküş nəticəsində yüzdə 54 nisbətində artıb. “Onların ümumi sərvətləri 18.03.2020 – 18.03.2021 arasında 8.04 trilyon dollardan 12.39 trilyon dollara yüksəldi” deyildi. Qlobal olaraq 20 ən varlı milyarderin 1.83 trilyon dollarlıq sərvəti var. Pandemiya ilində onlar 742 milyard dollar, yəni68 %  zənginləşdilər. Müqayisə üçün 2019-cu ildə İspaniyanın ÜDM-i 1,3 trilyon dollar idi”.

IPS-in bir bərabərsizlik proqramınnın tədqiqatçısı Cak Kollins pandemiya dövründə sərvətlərini artıran nəhəng sərvətə sahib milyarderlərin “dünyada peyvəndlərin xərclərini ödəmək və qlobal iqtisadiyyat boyunca bərabərsizliyin azaldılmasına kömək etmək üçün vergi tutulmalı” olduğuna inanır. “Dünyadakı milyarderlər vergi ödəməsə, pandemiyanın mirası sürətlənəcək”-deyə Kollins əlavə edib.

Qlobal milyarderlərdən ABŞ senatoru Elizabet Varrenin təklif etdiyi ultramilyonçu vergisi – illik 2 milyon dollarlıq aktivlər üzrə 2 faiz və 1 milyard dollardan çox aktivlər üzrə illik sərvət vergisi ödəməsi tələb olunurdu. Amma IPS təklif etdiyi layihədə 345 milyard dolların təxminən ödənilməlidir. Belə bir sərvət vergisindən illik gəlir, planetdəki hər insana COVİD-19 peyvəndinin çatdırılması üçün təxmin edilən xərcləri iki qatından çox artıracaq. Bu vəsaitin təxminən 141 milyard dollar olaraq qiymətləndirilir.

G20 maliyyə nazirlərinin koronavirus böhranı və bərpa yolunu müzakirə etmək üçün gələn həftə bir araya gələcək. Belə bir vaxtda qlobal sərvət vergisinin gündəmə gətirilməsi olduqca vacibdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Ən çox oxunanalar