Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Səudiyyə və İran dosyelərini yenidən gözdən keçirir

Ankara ilə münasibətlər isə hələlik dəqiqləşməyib...

Bürhanəddin Duran

“Sabah” qəzeti, Türkiyə, 27 fevral 2021-ci il

Sələfləri Tramp və Obama kimi, yeni Prezident Bayden də xarici siyasətində Orta Şərqi prioritet kimi görmür. Ərəb üsyanları dövründə Obama ABŞ-ın demokratiya təşviqatı siyasətinin ağır iflasını göstərən aktivlik sərgilədi. 8 illik iqtidar dövrü bitdikdən sonra belə, İraq, Suriya, Yəmən və Liviyada hələ də vətəndaş müharibəsi gedirdi. “Öncə ABŞ” milliyətçiliyinin təmsilçisi olan Tramp da ölkəsinin Orta Şərqdəki varlığını azaltmaq üçün səy göstərdi. Əfqanistanda Talibanla görüşdü, İraqSuriyadan qismən çəkildi. Ancaq ABŞ bürokratiyasının güclü təzyiqi ilə qarşılaşdı.

Özündən əvvəlki iki prezident kimi, indi Baydenin də əsas prioriteti Asiya və Sakit Okeandır. Əlavə olaraq, Qərb yarımkürəsi və Avropa da növbəti prioritetləridir. Baydenin, prezident köməkçisi olduğu zamanlar da daxil olmaqla, siyasi kariyerasında Orta Şərqin problemləri ilə (İraq, Suriya, İŞİD, YPG kimi) məşğul olmaqdan artıq yorulduğu bilinir.

İki əsas səbəb

Ancaq düşünürəm ki, Bayden Administrasiyası iki səbəbdən ötrü bölgə ilə məşğul olmaqdan əl çəkməyəcək.

İlkin olaraq, Əfqanstandan İraqSuriyaya qədər Orta Şərqdə mövcud olan ABŞ varlığı və onun üzləşəcəyi problemlər onsuz da rəhbərliyin yaxından diqqətini tələb edəcək.

İkincisi, Bayden Administrasiyası Çin (strateji təhdid) və Rusiyanı (rəqib) məhdudlaşdırma hədəfinin Orta Şərq, Afrika və Mərkəzi Asiya bölgələrindəki təsirlərindən qaça bilməyəcək. Pekinin artan ticarət üstünlüyü və Moskvanın siyasi boşluqları doldurma qabiliyyəti Orta Şərq siyasətində qalıcı olacaq. ABŞ atacağı addımlarla yeni müttəfiqlər qazanmaq üçün fürsət gözləyir. “ABŞ-dan sonrakı Orta Şərq” ideyasının idarə olunması ABŞ-a maliyyə cəhətdən ucuz başa gəlməyəcək.

Risk qrupuna aid ölkələr hansılardır?

Vaşinqtonun Orta Şərq, İranSəudiyyə Ərəbistanına yeni yanaşması Türkiyəyə qarşı aparacağı siyasəti ilə müəyyənləşəcək. İsrailin təhlükəsizliyini və maraqlarını qorumaq bütün ABŞ prezidentlərinin dəyişilməz siyasətidir. Qüds mövzusu da, Ərəb ölkələri ilə normallaşma da dəstəklənər. İfadələr yenilənsə də, Fələstinə aparılan humanitar yardım və İsrailin daha aqressiv ekspansionizmə getməsinin qarşısını almaqdan daha çoxu Vaşinqtondan gözlənilməməlidir. Türkiyə bir çox dosyedə riskli ölkə mövqeyində olduğu üçün Baydenin Ankaraya yanaşma tərzi hələki dəqiqləşməyib. Hələlik Vaşinqtonun Trampdan sonra “ortalığı sakitləşdirmək və gərginliyi azaltmaq” həmləsində Səudiyyə və İran dosyeləri önə çıxır.

Vəliəhd Salmanın taleyi necə olacaq?

Bayden keçən günlərin birində kral Salmanla görüşdü. MKİ-nin Qaşıqçı cinayəti ilə bağlı hesabatının açıqlanmasından öncəki görüşmədə Yəmən, İran və insan haqları müzakirə edildi. ABŞ-ın Səudiyyə Ərəbistanı siyasətində hansı “yeni nizam”ı izləyəcəyi hələlik bəlli deyil. Hansı ki, kral Salmanın yaşı (85) səbəbindən real güc 2017-ci ildən bəri Baydenin öz həmsöhbəti kimi görmədiyi oğul Salmandadır.

Riyadda silah satışının dayandırılması, Səudiyyənin Yəməndəki rolunun tənqidi, Husilərin terror təşkilatları siyahısından çıxarılmasının mübahisəsi və Qaşıqçı hesabatında vəliəhd Salmana işarə olunması ehtimalı Bayden Administrasiyasının yeni bir Səudiyyə siyasətinin ilkin işarələri kimi görsənir. Ancaq “insan haqları” barədə fikirlər yüksəldən rəhbərlik Qaşıqçı cinayətinin hesabatını açıqlamaqla vəliəhd Salmanı hədəf ala bilərmi? Onsuz da hakimiyyəti öz əlində saxlayan vəliəhd Salmanı devirməyə və ya ciddi mənada məhdudlaşdırmağa çalışmağın regional mənada yeni bir balansa gətirib çıxaracağı açıqdır.

Nüvə anlaşmasına qayıtmaq problemi

Dünən Suriyada İranın dəstəklədiyi şiə milislərinə Amerikanın raket hücumu bir qisas idi. Ərbildən ABŞ əsgərlərinin olduğu hərbi hissəyə edilən hücuma cavab idi. Bu mütənasib hərbi qarşılıq “lazım gələrsə, daha sərt güc tətbiq edərik” mənasını daşıyır. Baydenin Trampın gətirdiyi İran sansksiyalarını aradan qaldırmamış Tehrandan “uran zənginləşdirməyi dayandırması”nı istəməsi nüvə razılaşmasına sürətli keçid ehtimalını zəiflədir. İran lideri Xamenei bu təklifi “şərt kəsdik və geri alınmayacaq” açıqlaması ilə rədd etdi, “ABŞ-dan sonrakı dövr başladı” paylaşımını etməyi də unutmadı.

Tehran Trampın “maksimum təzyiq siyasəti” əvəzinə Baydenin “ağıllı təzyiq” yanaşmasına hazırlaşır. Vaşinqton Orta Şərqdə kiçik düzəlişlərlə yeni balans yarada bilər, ancaq bölgə ilə münasibətlərdən qaça bilməz. Hər yeni balans Rusiya, Çin və regional güclərin rəqabətini sürətləndirəcək.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Qəzza zolağında ölən fələstinlilərin sayı 39,2 min nəfəri keçib

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Ən çox oxunanalar