Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələləri müzakirə edilib

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Minalardan və partlamamış sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib.

PİA.az-ın məlumatına görə, iclasda iştirak edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov dövlət başçısının müvafiq tapşırıqlarını rəhbər tutaraq Minatəmizləmə Agentliyi tərəfindən aparılan işlər barədə ətraflı məlumat verib. İclasda İşçi Qrupun üzvü olan müvafiq qurumlarla yanaşı işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrini həyata keçirən “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ASC, “Azərişıq” ASC-nin rəhbər şəxsləri iştirak edib.

İşğaldan azad olunmuş ərazilərdə minalardan və partlamamış sursatlardan təmizləmə işlərini həyata keçirən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən həyata keçirilən və planlaşdırılan prioritet layihələrin, o cümlədən dəmir və avtomobil yollarının tikintisi, kommunikasiya xətlərinin qurulması və Füzuli hava limanının inşası ilə bağlı icra edilən minatəmizləmə əməliyyatlarının gedişi barədə ətraflı məlumatlar verilib. Bu istiqamətdə görülən işlərin İşçi Qrup çərçivəsində daima sıx şəkildə əlaqələndirilməklə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

İşçi Qrupunun iclasında minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə işləri, xəbərdaredici təbliğatın aparılması və bu istiqamətdə dövlət qurumlarının birgə əməkdaşlığının zəruriliyi qeyd olunub.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar