Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tacir: “Pul qurtardıqca gətirirlər, xərcləyirəm”

İllərdir gəlir yerləri toylar olan musiqiçilər, artıq bir ilə yaxındır işsiz qalıb. Karantin rejimi yumşaldılıb bir çox sahələr fəaliyyətini bərpa etsə də, toylarla bağlı qadağalar hələ də qüvvədə qalmaqdadır. Şou-biznes nümayəndələri tez-tez maddi problemlərdən danışaraq el şənliklərinin bərpa edilməsini istəyirlər.

Yenisabah.az-a mövzu ilə bağlı danışan Əməkdar artist Tacir Şahmalıoğlu heç yerdən gəlirinin olmadığını bildirib: “Bu karantin müddətində çox çətinliklər oldu, amma evdə oturduq, hələ də oturmuşuq. Yeyib-içib evdə otururuq. Toylar açılsa yaxşı olar. Ən azından millət çörək pulunu qazanar. Uzun müddət qadağa qoyulsa vəziyyət pis olacaq. Bu qədər millət hamısı oturub evdə, çörək gözləyir. Necə olacaq?

Vallah, maddi vəziyyət məndə də hamı kimidir. Allah dostların canına dəyməsin. Pul qurtardıqca gətirirlər, xərcləyirəm, sonra bir də gətirirlər. Başqa heç yerdən gəlirim yoxdur”.

Bir müddət əvvəl Prezidentə müraciət edərək fəaliyyətinə görə fəxri ad verilməsini istəyən müğənni müraciətinə cavab gəlmədiyini deyib:

“Fəxri adla bağlı müraciət etdim, amma heç bir xəbər çıxmadı. Hələ ki, maraqlanan yoxdur. Mən onsuz da ikinci dəfə yenə müraciət edəcəyəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

“Motivasiya spikeri” olan YAP-çının Qubadakı “ev tapşırığı”

Ən çox oxunanalar