Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Topaz”ın dövlət maraqları ilə “MƏRC OYUNU”: Şirkətin qanunsuz əməllərinə nə vaxt son qoyulacaq?

Azərbaycanın yeganə qanuni mərc şirkəti olan “Topaz”a yönəlik tənqidlərin ardı-arası kəsilmir. “Leqal qumar kontoru” kimi tanınan bu şirkətin yüzlərlə deyil, on minlərlə insanı mərcə şirnikləndirərək, onları son qəpiklərinə qədər soyması, hətta bəzi hallarda evsiz-eşiksiz qoyması hər zaman lənətlənib.

Bundan başqa, “Topaz”ın fəaliyyətində müşahidə olunan müxtəlif qaranlıq məqamlarla bağlı mətbuatda xeyli yazılar dərc edilib. “Topaz”ın ünvanlanan son ittihamların motivi isə cinayət məsuliyyəti yaradacaq qədər ciddidir.

Məlumata görə, mərc oyunlarından külli miqdarda gəlir götürən “Topaz” bunun qarşılığında dövlət büdcəsinə keçirməli olduğu iri həcmdə vəsaiti vergidən yayındırıb. Qeyd olunur ki, şirkət vergi borcunu ödəmək əvəzinə, 193 min 500 manatı dividend adı ailə nağdlaşdıraraq mənimsəyib.

Bundan başqa, “Topaz”ın mərc oyunlarından iri məbləqdə uduş əldə edən şəxsə pul ödənişindən boyun qaçırmasına dair faktlar da mətbuatda geniş işıqlandırılıb. Bildirilir ki, “Topaz” tək müştərilərinə deyil, öz agentlərinə qarşı da qanunsuzluğa yol verərək, onların depozitlərini geri qaytarmaqdan imtina edir, həmçinin tərəfdaş şirkətlərə milyonlarla manat məbləğində borcunu ödəmir.

Hətta bir müddət əvvəl “Topaz”ın müflis elan ediləcəyi barədə söz-söhbət də dolaşırdı. Daha sonra daxil olan məlumatlarda isə bir sıra dövlət qurumlarının “Topaz”a nəzarət uğrunda “müharibə”yə başladıqları vurğulanırdı.

Həmin iddialara əsasən Cavid Qurbanovun sədri olduğu “Azərbaycan Dəmir Yolları” QSC bu “savaş”da başında Azad Rəhimovun dayandığı Gənclər və İdman Nazirliyinin müqavimətini qıraraq, “Topaz”a sahibliyi öz əlinə keçirib. O da bildirilir ki, “Topaz”ı artıq Cavid Qurbanovun maliyyə məsələləri üzrə müavini Vüsal Aslanovla köməkçisi Vəsilə Abdulova idarə edir.

Xatırladaq ki, “Topaz”ın yaradılmasında əsas məqsədlərdən biri ölkədən xaricə pul axışının qarşısını almaq, xarici mərc şirkətlərinə yatırılan pulların ölkənin dövriyyəsində qalmasını təmin etmək idi.

Lakin dövlətin himayəsində olan “Topaz”ın öz öhdəliklərini yerinə yetirə bilməməsi ölkənin mərc həvəkarlarını yenə xarici şirkətlərin xidmətlərindən yararlanmağa sövq edib. Məhz “Topaz”ın məsuliyyətsizliyi üzündən milyonlarla manat vəsait mərc qoyuluşu nəticəsində yenə xaricə axır. Hər halda, belə düşünmək olar ki, dövlətin maraqlarını arxa plana keçirən “Topaz” barəsində tezliklə qəti tədbirlər görüləcək. (yenicag.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Ən çox oxunanalar