Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Murovdağ istiqamətində şiddətli döyüşdə yaralandı, anasının zəngi ilə ayıldı

"Düşmən snayperi məni vurdu, saatlarla neytral zonada özümü ölülüyə vurdum".

Bu sözləri Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə yaralanan qazimiz Tural Xanəliyev "Report"un Qərb mərkəzinin əməkdaşına verdiyi müsahibədə bildirib.

Vətən müharibəsi zamanı ağır döyüşlər gedən ərazilərdən biri də Murovdağ istiqaməti olub. Burada Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimiz və sağlamlıqlarını tam və qismən itirən qazilərimiz olub. Onlardan biri də Gəncə şəhər sakini, müddətdən artıq hərbi xidmətdə olan Tural Xanəliyevdir.

"Report"un Qərb mərkəzinin müxbiri onun kirayədə yaşadığı evdə olub, necə yaralandığını, döyüş zamanı nələr yaşadığını elə onun özündən eşidib.

T.Xanəliyev sentyabrın 27-də verilən tapşırıq əsasında Murovdağ istiqamətində gedən döyüşlərdə düşmən snayperi tərəfindən ayağından vurulub. O, yaralı halda irəli getmək istəyəndə aldığı yara hərəkət etməsinə imkan verməyib. Düşmən snayperi onu yenidən vurmasın deyə açıq ərazidə saatlarca özünü ölülüyə vurub, yoldaşlarının onu xilas etmələrini gözləyib. Bu zaman isə telefonunun zəng çaldığını eşidib. Zəng edən Turalın anası olub. Ona sanki oğlunun darda olduğu agah olubmuş...

Qeyd edək ki, qazimiz 2 oğul atasıdır və evsiz olduğundan kirayədə yaşayır. Onun istəyi isə tezliklə sağalıb hərb işinə dönməsi olsa da, səhhətində olan problem buna imkan vermir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Qəzza zolağında ölən fələstinlilərin sayı 39,2 min nəfəri keçib

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Ən çox oxunanalar