Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali təhsilin maliyyələşmə mexanizmlərinə yenidən baxılacaq

Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı təkliflər toplanaraq, sistemləşdirilir.

Bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin və "Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun üzvü Etibar Əliyev  açıqlamasında deyib.

Deputat bildirib ki, bu mərhələ yekunlaşandan sonra qanun layihəsi hazırlanacaq: “İşçi Qrupun ilk iclası artıq keçirilib. Burada verilən tövsiyələr və təkliflər sistemləşdirilərək qanunun hazırlanmasında nəzərə alınacaq. İnformasiya cəmiyyətinə keçidlə bağlı distant təhsilin geniş vüsət alması, tədqiqat universitetlərin yaranması, akademik imbridinq və yeni anlayışlar sisteminin formalaşması qanunda öz əksini tapacaq. Azərbaycan ali məktəbləri 2005-ci ildən Boloniya Bəyannaməsinə qoşulub. 2009-cu ildə Azərbaycanda “Ali təhsil haqqında” qanun qəbul olunub. Boloniya Bəyannaməsinin şərtlərinin tam şəkildə yeni “Ali Təhsil haqqında” qanunda əksinin tapmasına xüsusi diqqət yetiriləcək. Xüsusilə təhsilin pillələri, elmi dərəcələrin verilməsi, akkreditasiya, ali təhsilin maliyyələşmə mexanizmlərinə və s. yenidən baxılacaq. Məqsəd ali təhsil sahəsində mükəmməl qanunvericilik bazasının yaradılmasıdır. İşçi Qrupun növbəti iclası barədə mətbuata məlumat veriləcək”.

Qeyd edək ki, Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planına “Ali təhsil haqqında” qanun layihəsi də daxil edilib. İşçi qrupunun ilk iclası keçirilib. İclasda Milli Məclisin sədri Sahibə Qafarova, DİM direktorlar Şurasının sədri Məleykə Abbaszadə və təhsil naziri Emin Əmrullayev də iştirak edib.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

DİN-dən xəbərdarlıq: Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Ən çox oxunanalar