Bazar, 15 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə vaxtı Arutyunyanın iqamətgahı niyə vurulmadı? - Koçaryan ondan şübhələnir

Ermənistanda 44 günlük müharibədəki biabırçı məğlubiyyətə görə satqın və xəyanətkar axtarışı davam edir. Hələ 90-cı illərin əvvəlindən separatçı hərəkatın əsasını qoyanlardan və qondarma rejimin ilk başçılarından biri olan Xocalı qatili, Ermənistanın sabiq prezidenti Robert Koçaryan erməni mətbuatına son müsahibəsində Dağlıq Qarabağdakı qondarma qurumun indiki rəhbəri Araik Arutunyanın bostanına daş atıb.

PİA.az xəbər verir ki, R.Koçaryan müsahibəsində dolayısı ilə Arutunyanı və müharibə dövründə onunla birlikdə olan İrəvandan gələn hökumət təmsilçilərini xəyanətdə ittiham edib. O, bildirib ki, Azərbaycan Ordusunun yüksək dəqiqliyə malik silahlarının olmasına baxmayaraq, A.Arutunyanın iqamətgahını bombalamaması olduqca müəmmalıdır.

Koçaryan deyib ki, Birinci Qarabağ Müharibəsi dövründə özünün rəhbərlik etdiyi qondarma qurumun iqamətgahı Azərbaycanın “Qrad” qurğularının hədəfində olub. Ancaq son müharibədə Arutunyanın iqamətgahı hədəfə alınmayıb: “O vaxt belə dəqiq silahlar yox idi, ancaq biz hədəfə alınmışdıq. Niyə azərbaycanlıları polislərin olduğu və iki dəqiq zərbəylə onlarla insanın məhv edildiyi mədəniyyət evi maraqlandırırdı? Niyə onları Calal Arutunyanın (qondarma rejimin “müdafiə naziri”-red.) yeri və maşını, ayrı-ayrı şəhərlərdəki komanda mərkəzləri, Laçın körpüsü maraqlandırırdı, iqamətgah isə yox? Bütün bunlar cavab verilməyən suallardır.”

Koçaryan iddia edib ki, Azərbaycan tərəfi “Araik Arutunyanı qoruyub”. Hərbi cani deyib ki, iqamətgahda onunla birgə olan İrəvandan gələn hökumət təmsilçiləri “öz üzərlərinə düşən işi sona yetirməli və erməni tərəfinin qələbəsinə yol verməməli” idi.

Göründüyü kimi, xeyli müdətdir Nikol Paşinyanı və onun hökumətini hədəf alan R.Koçaryan, bu dəfə də qondarma rejimin başçısını satqınlıqda ittiham edib. Lakin bu hərbi cani unudub ki, onun bir tayı olan A.Arutunyan müharibə dövründə öz “iqamətgahında” yox, hansısa siçan deşiyində gizlənirdi və buna görə də onun əvvəllər oturduğu binanı bombalamağın mənası qalmırdı. Və bu varlıq əslində, bütün müharibə boyu məhz həmin deşiklərdə gizlənməklə canını Azərbaycan əsgərindən qurtarmağa nail oldu. (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazirin vəzifəyə təyin etdiyi Gündüz Əbdülov kimdir? - Dosye

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində həlak olub

Səfərdə pulsuz və sənədsiz qalsanız, nə edəcəksiniz?

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçirilir

Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - Yenilənib

Bunları etsəniz, başınızın ağrımaq bəhanəsi olmayacaq

MSK Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bəzi məntəqələrində pozuntularla bağlı iddiaları araşdırıb

Ən çox oxunanalar