Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağda gəlirli olan sahələr - İqtisadi şərh

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın işğaldan azad edilməsi regionun iqtisadi resurslarının səfərbər olunması üçün şərait yaradıb.

PİA.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

O bildirib ki, son illər Azərbaycanda həyata keçirilən sənaye quruculuğu siyasəti ölkəmizin bütün regionlarını əhatə etməkdədir: "2020-ci ilin sosial-iqtisadi göstəricilərinə müvafiq olaraq, sənaye məhsulunda 5 faiz tənəzzül olmasına baxmayaraq, qeyri-neft sənayesində 12,5 faiz artım müşahidə edilib. Pandemiya dönəmində qeyri-neft sektorunun sənaye bölməsindəki payın artımı müsbət amil kimi qiymətləndirmək mümkündür. 22 yanvar 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı əsasında yaradılan İqtisadi Zonaların İnkişafı Agentliyi institutsional islahat kimi sənaye parklarının, sənaye məhəllələrinin fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafında əhəmiyyətli rol oynayacaqdır".

Departament rəhbəri bildirib ki, Qarabağın iqtisadi inkişafında rol oynayacaq müxtəlif iqtisadi parametrlərin tədqiqatı və təhlili davam etdirilir: "Belə ki, Qarabağın daxili tələbatının ödənilməsi, habelə ölkənin qeyri-neft sektoruna töhfəsini verə biləcək və müqayisəli üstünlüyə malik sektorlarının inkişafına daxili və xarici investisiyalar qoyulacaq. Hal-hazırda Qarabağın kənd təsərrüfatı və mədən sənayesinin inkişafı istiqamətində fundamental baxış bucağı formalaşıb. Aqrar sənayenin inkişafı istiqamətində rayonların müqayisəli üstünlüyə malik sahələri öyrənilməkdədir. Habelə, KəlbəcərZəngilan rayonlarında yerləşən qızılın hasilatı və ixracı üçün müvafiq dövlət şirkətinin geniş təcrübəsi mövcuddur. Bu baxımdan, Qarabağın qeyri-neft sənayesinin artımına təsirləri daxili və xarici investisiyaların qoyulması və məşğulluğun təmin edilməsindən sonra baş verəcək".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Ən çox oxunanalar