Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il Azərbaycanda baş verən yol qəzalarında 696 nəfər ölüb, 1410 nəfər xəsarət alıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən il baş verən yol-nəqliyyat hadisələri ilə statistikanı açıqlayıb.

BDYPİ-dən verilən məlumata görə, 2020-ci il ərzində respublika ərazisində baş vermiş 1587 yol-nəqliyyat hadisəsi nəticəsində 696 nəfər həlak olub, 1410 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bakı şəhəri üzrə isə 460 yol-nəqliyyat hadisəsində 169 nəfər ölüb, 387 nəfər yaralanıb.

Hadisələrin analizi göstərir ki, 1534 yol-nəqliyyat hadisəsi sürücülər tərəfindən (piyadalar tərəfindən - 42) yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermişdir ki, onların da 656-sı (42,7%) sürücülərin nəqliyyat vasitələrini yüksək sürətlə idarə etməsi, 466-sı (30%) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması səbəbindən baş verib.

Hadisələrin növləri içərisində piyadanı vurmaq (664 - 41,8%) və toqquşma (529 - 33%) yenə də üstünlük təşkil edir. Həlak olan 696 nəfərdən 320-i piyada, 194-ü sürücü, 158-i sərnişin, 20-si velosipedçi, o cümlədən 131-i qadınlar, 35-i isə uşaq və yeniyetmə olmuşdur.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi hadisələrin sayı 283 (-15,1%), ölənlərin sayı 125 (-15,2%) və yaralananların sayı 292 nəfər (-17,2%) azalsa da, bu statistik rəqəmlərin hələ də ciddi narahatlıq doğurduğunu nəzərə alaraq, bütün hərəkət iştirakçılarını diqqətli olmağa, yol hərəkəti qaydalarına riayət etməyə, həm özlərinin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratmamağa çağırırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlandı

Ən çox oxunanalar