Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir” - Ermənistanda həyəcan

Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir” - Ermənistanda həyəcan
Qarabağda Azərbaycanın qələbəsi həm də Ermənistanla sərhədlərin yenidən müəyyənləşdirilməsi zərurətini ortaya çıxardı. Bir çox yaşayış məntəqələri yavaş-yavaş tarixi vətəninə qaytarılır. Azərbaycan addım-addım ərazi bütövlüyünü bərpa etməyə çalışır.

PİA.az Bizimyol.info-ya istinadən xəbər verir ki, əsasən Zəngəzur bölgəsində bir sıra yaşayış məntəqələri bizim ölkəyə təhvil verilib. Ermənistanda bununla bağlı həyəcan təbili çalırlar. Müxaliflər hökuməti Zəngəzurun itirilməsi gerçəyi ilə üz-üzə qoyan razılaşmanı imzaladığına görə sərt tənqid edir. Yerli media da bu axından geri qalmır.

Ermənistanın “Joxovurd” qəzeti Zəngəzurla bağlı yazı hazırlayıb. Məqalə əsasən zəbt edilən Azərbaycan mahalının əldən getməsinə həsr olunub.

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə zərər görmüş vətəndaşlarının hüquq və azadlıqlarının pozulması ilə bağlı Ermənistana qarşı şikayət göndərib. Tanınmış mütəxəssislərin və azərbaycanlı vəkillərin hazırladığı şikayət yanvarın 15-də təqdim olunub. Ərizədə Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması faktları yer alıb. Azərbaycan prezidenti İlham Əliyevin adından təqdim olunan sənəddə Ermənistanın əvvəllər “işğal etdiyi” ərazilərdə çoxlu minaların basdırıldığı, Azərbaycan kəndlərinin və şəhərlərinin yer üzündən silindiyi, Azərbaycan vətəndaşlarının öz evinə qayıtmaq imkanından məhrum edildiyi yazılıb”.

“Joxovurd” hələ 2020-ci il noyabrın 21-də yazırdı ki, Azərbaycan dəyən zərərə görə Ermənistandan 50 milyard dollar kompensasiya tələb edəcək, bu isə yoxsul ölkə üçün astronomik rəqəmdir. “Joxovurd” iddia edir ki, Azərbaycanın İnsan Haqları Komitəsindəki nümayəndəsi kompensasiya məbləğinin əvəzində Zəngəzurun verilməsi variantından danışıb.

Ermənistanın keçmiş baş prokuroru Gevorq Kostanyan iki il əvvəl bu məsələdən söz açmaqla uzaqgörənlik nümayiş etdirmişdi. O, hakimiyyəti ayıq olmağa çağırmışdı. Kostanyan deyirdi ki, Azərbaycan Ermənistanın vurduğu zərərlə bağlı Avropada hüquq müdafiəçiləri ilə danışıqlar aparır. Onda Nikol Paşinyan hökuməti məsələyə ciddi yanaşmamışdı.

“Joxovurd” yazır ki, 9 noyabr razılaşması Azərbaycana maddi təzminat tələbi ilə Ermənistana qarşı iddia qaldırmağa əsas verib. Ermənistan öz növbəsində yanvarın 16-dan əks-hücum üçün sənədlər toplamağa başlayıb. “Joxovurd” istənilən halda Azərbaycanın bir addım öndə olduğunu bildirir. Qəzetin proqnozuna görə, Azərbaycan təzminat tələbini qanuniləşdirəcək və Ermənistan məbləği ödəyə bilməsə, hüquq çərçivəsində Zəngəzuru tələb etmək imkanı qazanacaq.

Hazırda Ermənistanın "ziyalı dairələrində" bu məsələ ciddi müzakirə olunur. Hətta belə təkliflər var ki, Azərbaycanla ərazi mübadiləsinə razılaşaq, əks halda, həm Qarabağ, həm də Zəngəzur Azərbaycanın olacaq.

pia.az


Etiket: Ermənistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Ən çox oxunanalar