Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın siyasi, hərbi rəhbərliyinin Qarabağa gəlməsinin qarşısı niyə alınmır?

Bu kimi təxribat xarakterli görüşləri istər Rusiya, istərsə də Ermənistan mətbuatı işıqlandırmaqla nəyə nail olmaq istəyirlər?.. 

Politoloq: “Bundan əvvəl bir neçə Ermənistan nümayəndəsi Qarabağa getmişdi. İndi isə Ermənistanın hərbi prokuroru Qarabağa gedib. Qarabağ Azərbaycanın ərazisidirsə, bu gediş-gəlişlər necə olur?”.

“Bu açıq-aydın provokasiyadır. Onlar bizi gözümüzü öyrəşdirirlər. Həmçinin də onlar bizi fakt qarşısında qoyurlar ki, artıq istədikləri vaxt Qarabağa gedə bilirlər”.

Bu sözləri politoloq Əhəd Məmmədli Ermənistanın hərbi prokuroru Vahe Arutyunyanın Qarabağa etdiyi səfərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın hərbi prokuroru, Ermənistan Respublikası baş prokurorunun müavini Vahe Arutyunyan Qarabağa gəlib. Vahe Arutyunyan Rusiya Silahlı Qüvvələrinin Qarabağdakı sülhməramlılarının tərkibində xidmət edən Rusiya Federasiyası Prokurorluğunun əməkdaşları ilə görüşüb.

Vahe Harutyunyan Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etdiyinə görə Rusiya sülhməramlılarına təşəkkür edib. O, Ermənistan Baş Prokurorunun əmri ilə gətirdiyi mükafatları da onlara təqdim edib.

Bəs Ermənistanın siyasi, hərbi rəhbərliyinin Qarabağa gəlməsinin qarşısı niyə alınmır və bu kimi təxribat xarakterli görüşlərləistər Rusiya, istərsə də Ermənistan mətbuatı işıqlandırmaqla nəyə nail olmaq istəyirlər?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Əhəd Məmmədli: “Prezident son çıxışında demişdi ki, bir də başqa dövlətin nümayəndəsi Qarabağa gəlsə, biz onlara dəmir yumruğumuzu göstərəcəyik. Artıq həmin “dəmir yumruq” göstərilməlidir”.

Azərbaycan artıq bu məsələdə heç bir səbr göstərməli olmadığını düşünən politoloq PİA.az-a bildirib ki, həmçinin də Azərbaycan gözləmə mövqeyində olmamalıdırlar:

“Bu açıq-aydın provokasiyadır. Onlar bizi gözümüzü öyrəşdirirlər. Həmçinin də onlar bizi fakt qarşısında qoyurlar ki, artıq istədikləri vaxt Qarabağa gedə bilirlər. Bundan əvvəl bir neçə Ermənistan nümayəndəsi Qarabağa getmişdi. İndi isə Ermənistanın hərbi prokuroru Qarabağa gedib. Qarabağ Azərbaycanın ərazisidirsə, bu gediş-gəlişlər necə olur?

Prezident son çıxışında demişdi ki, bir də başqa dövlətin nümayəndəsi Qarabağa gəlsə, biz onlara dəmir yumruğumuzu göstərəcəyik. Artıq həmin “dəmir yumruq” göstərilməlidir. Yoxsa onlar bizim gözümüzü öyrəşdirəcəklər və ermənilər Qarabağda özlərini çox rahat hiss edəcəklər.

Biz gücümüzü həm Ermənistana, həm də Rusiyaya bir daha göstərməliyik. Bir-iki Bayraktar onların başının üstündə uçsa, onlar bir də elə səhvlər etməzlər. Bunun başqa yolu yoxdur. Artıq Azərbaycan bu məsələdə heç bir səbr göstərməməlidir. Həmçinin də Azərbaycan gözləmə mövqeyində olmamalıdırlar”.

Nərminə UMUDLU
pia.az


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar