Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-nin Tibbi və Psixoloji Yardımın təşkili xidmətinə edilən müraciətlərin sayı açıqlanıb

2020-ci ilin aprel ayının 8-dən etibarən Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın təşkili xidmətinə edilən müraciətlərin sayı açıqlanıb.

Fövqəladə Hallar Nazirliyinin Tibbi və Psixoloji Yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva açıqlamasında bildirib ki, ötən ilin 8 aprel tarixindən bu günə qədər xidmətə 2100 müraciət daxil olub: “Müraciət edən şəxslərin hər birinin sualları müvafiq qaydada cavablandırılıb və xidmətin həkimləri tərəfindən köməklik göstərilib”.

X.Sofiyeva əlavə edib ki, tibbi xidmət müharibədən əziyyət çəkən şəxslər üçün 24 saat fasiləsiz fəaliyyət göstərir.

Şöbə rəisi bildirib ki, Türkiyədən dəvət olunan 20 peşəkar psixoloq yanvarın 20-də Azərbaycana gələcək. Onun sözlərinə görə, dəvət olunan psixoloq heyəti müharibənin törətdiyi fəsadlardan əziyyət çəkən qazilərimizə, o cümlədən doğmalarını itirən şəhid ailələrinə və terror aktlarından fiziki-mənəvi zərər görmüş insanlara xidmət göstərəcəklər.

"Təcrübəli psixoloqlar ilkin olaraq Bakıda yerləşən tibbi müəssisələrdə fəaliyyət göstərəcək. Sonrakı müddətdə isə həkim heyətinin müharibə dövründə dağıntılara və vətəndaşların daha çox psixoloji təsirə məruz qalan Gəncə şəhəri, Bərdə, TərtərGoranboy kimi rayonlarda da xidməti nəzərdə tutulur", - deyə X.Sofiyeva bildirilb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar