Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ Azərbaycanın ən yüksək gəlirli regionuna çevrilə bilər” - Oleq Kuznetsov

Ermənistanla müharibədə qələbə Azərbaycana ilk növbədə güclü vətəndaş səfərbərliyi baxımından vacib oldu.

PİA.az xəbər verir ki, bunu usiyalı tarixçi, siyasi analitik Oleq Kuznetsov Azərbaycanın qələbəsinin ölkənin inkişafı üçün əhəmiyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün yüz minlərlə azərbaycanlı işğaldan azad edilmiş doğma yurdlarını bərpa etmək üçün iş görməyə, ermənilər tərəfindən dağıdılmış ərazilərdə həyatı geri qaytarmaq üçün ölkəyə xarici investisiyalar cəb etməyə hazırdır:

"Ermənistan üzərində qələbə Azərbaycan diasporu və onun müxtəlif ölkələrdəki biznes tərəfdaşları tərəfindən xarici investisiyaların ölkəyə axınına yol açmağı təmin etdi. Qələbənin ikinci vacib nəticəsi ölkədə vətəndaş cəmiyyətinin birliyi oldu. Mən əminəm ki, əvvəllər sosial-iqtisadi vəziyyətinin yaxşılaşması üçün ölkəni tərk etməyi düşünən insanlar bundan sonra öz həyatlarını tarixi vətənlərinə bağlamağa, onun inkişafı və çiçəklənməsi üçün işləməyə çalışacaq. Müharibədə qazanılmış qələbə insan resursu və kapitalının Azərbaycanda qalmasına yol açacaq. Bu, təkcə iqtisadi səmərə ilə deyil, həm də Azərbaycan əhalisində indi daha da güclənmiş vətənpərvərlik və vətəndaşlıq hissi ilə əlaqədar olacaq".

O.Kuznetsov əlavə edib ki, Qarabağ Azərbaycanın ən yüksək gəlirli regionuna çevrilə bilər:

"Qarabağ öz kənd təsərrüfatının yüksək potensialı ilə məşhurdur. Kənd təsərrüfatı minimum investisiya ilə maksimum qısa vaxtda bərpasl mümkün olan iqtisadiyyat sahəsidir. Mütəxəssislərin fikrincə, Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsulları ixracını 5 il ərzində 2 dəfə, 10 il ərzində 3 dəfə artıra bilər. Bundan başqa, mənim bildiyimə görə, Qarabağ faydalı qazıntılarla - qızıl, kobalt, mis, manqanla zəngindir. Bu, Azərbaycanda əlvan metallurgiyanın və mikroelektronika istehsalının inkişafı üçün xammal ola bilər. Qarabağda, həmçinin Xəzər dənizindəki qədər olmasa da, yerli tələbatın təmin olunması üçün kifayət qədər neft və qaz yataqlarının olduğu deyilir. Bu amil Qarabağ məhsullarının istehsalı üçün xərcləri və müvafiq olaraq maya dəyərini azaltmağa kömək edəcək. Ona görə də Qarabağ Azərbaycanın ən yüksək gəlirli regionuna çevrilə bilər. Qarabağda dəmiryol əlaqəsinin bərpası isə bütün Cənubi Qafqazın nəqliyyat-logistika sahəsinin inkişafına, yeni beynəlxalq iqtisadi inteqrasiya mexanizmlərinin işə salınmasına imkan yaradacaq". (Trend)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar