Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Qarabağda özbaşınalıq edir - Bəs Azərbaycan niyə susur?..

Rusiya FHN-nin əməkdaşlarının rəsmi qaydada separatçı qurumdan qanunsuz medallar alması Moskvanın Qarabağda separatizmə dəstək verməsi və və qondarma qurumu tanıması anlamına gəlmirmi?..

Politoloq: “Azərbaycan ərazisində niyə Rusiyanın hansısa nazirliyinin əməkdaşları infrastruktur qurmalıdır? Razılışdırılan bəyanatda tək Rusiya sülhməramlıları var. Rusiyanın digər strukturlarının Qarabağda yerləşdirilməsi razılaşdırılmayıb”.

“Mövcud vəziyyət sərt addımların atılmasını tələb edir. Belə getsə Vətən müharibəsində əldə etdiyimiz qələbənin bizə verdiyi üstünlüklərdən məhrum olacağıq”.

Bu sözləri politoloq Əhəd Məmmədli Rusiyanın Qarabağda qanunsuz fəaliyyətlərlə məşğul olmasının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Xocalıda qondarma separatçı rejimin nümayəndəsi Rusiya FHN əməkdaşlarına seperatçı rejimin üzərində bayrağı olan medallar verərək təltif edib. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Xankəndinə gələn FHN əməkdaşları burada ermənilərin sosial vəziyyətinin yaxşılaşdırılması və ermənilər yaşayan bölgənin nfrastrukturunun yenidənqurulmasını həyata keçirir.

Xatıqrladaq ki, ötən həftə həmçinin Rusiya sülhməramlılarının keçirdiyi brifinqdə separatçı qurumun bayrağı ilə Rusiya bayrağı yanaşı qoyulmuşdu. Artıq ortada olan reallıq onu göstərməkdədir ki, Rusiya sülhməramlıları və Dağlıq Qarabağa qanunsuz olaraq gələn digər dövlət qurumları faktiki olaraq separatçı qurumu tanılyır və onlarla müttəfiq kimi davranır.

Maraqlıdır ki, Rusiyanın sülhməramlı qüvvələrinin üzərlərinə düşən vəzifədən kənar işlərlə məşğul olması və separatçı qurumla birbaşa əməkdaşlıq etməsi Azərbaycan rəsmiləri tərəfindən susqunluqla qarşılanır. Bu susqunluq bizə gələcəkdə hansı problemlər yarada bilər?

Məyər Rusiya FHN-nin əməkdaşlarının rəsmi qaydada separatçı qurumdan qanunsuz medallar alması Moskvanın Qarabağda separatizmə dəstək verməsi və və qondarma qurumu tanıması anlamına gəlmirmi? Ümumiyyətlə artıq neçənci dəfədir ki, Rusiyanın sülhməramlı missiyasını aşdığının şahidi oluruq. Rusiya öz missiyasından kənar işlərə qarışmada əsl məqsədi nədir və Azərbaycan bununla bağlı niyə susur?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Əhəd Məmmədli: “Azərbaycan quldur dəstələrinin qısa müddətdə Qarabağdan çıxarılması üçün Rusiyanın qarşısına tələb qoymalıdır”.

Azərbaycanın Ermənistanın 10 noyabr sazişindən çıxdığını qəbul edib anti-terror əməliyyatlarını davam etdirməli və bayrağını Xankəndinə sancmalı olduğunu vurğulayan politoloq bildirib ki, yoxsa Azərbaycan həmin əraziləri itirmək təhlükəsi ilə üz-üzə gələcək:

Azərbaycan ərazisində niyə Rusiyanın hansısa nazirliyinin əməkdaşları infrastruktur qurmalıdır? Razılışdırılan bəyanatda tək Rusiya sülhməramlıları var. Rusiyanın digər strukturlarının Qarabağda yerləşdirilməsi üç tərəfli bəyanatda razılaşdırılmayıb. Əgər belə getsə, Rusiya sabah Təhsil Nazirliyi adı ilə orada məktəblər, Səhiyyə Nazirliyi adı ilə isə xəstəxanalar tikməyə başlayacaq. Bu da Rusiyanın Qarabağda yerləşməsi demək olacaq və faktiki olaraq Xankıəndi və ətrafı Rusiyanın subyektinə çevriləcək.

Rusiya Qarabağda Abxaziya, Cənubi Osetiyada olduğu kimi özünə yer yaradır. Azərbaycan Rusiyanın bu işlərinə qarşı susqunluq nümayiş etdirməməlidir. Düşünürdüm ki, qəti addımlar atmaq üçün Azərbaycan üç rayonun azad edilməsini gözləyir. Amma rayonlar azad olunandan sonra Rusiyanın Qarabağdakı özbaşınalığına qarşı heç bir addım atmadı və rəsmilər susqunluqlarını davam etdirirlər. Lakin mövcud vəziyyət sərt addımların atılmasını tələb edir. Belə getsə biz Vətən müharibəsində əldə etdiyimiz qələbənin bizə verdiyi üstünlüklərdən məhrum olacağıq.

Əhəd Məmmədli: “Erməni silahlarının Xankəndindən çıxarılması və qondarma qurumun buraxılması üçün təqvim elan olunmalıdır.”.

Əgər biz indi sussaq bir də görəcəyik ki, ruslar Qarabağda pasportlarını paylayır. Bunu görməmək üçün Azərbaycan quldur dəstələrinin qısa müddətdə Qarabağdan çıxarılması üçün Rusiyanın qarşısına tələb qoymalıdır. Bu tələbdə üç rayonun qaytarılması kimi, erməni silahlarının da Xankəndindən çıxarılması və qondarma qurumun buraxılması üçün təqvim elan olunmalıdır. Əks halda biz Ermənistanın 10 noyabr sazişindən çıxdığını qəbul edib anti-terror əməliyyatlarımızı davam etdirməliyik və bayrağımızı Xankəndinə sancmalıyıq. Yoxsa Azərbaycan həmin əraziləri itirmək təhlükəsi ilə üz-üzə qalacaq.

Nikol Paşinyanın Mehri yolu ilə bağlı verdiyi açıqlamadan bəlli olur ki, artıq Ermənistan 10 noyabr bəyannaməsinin bir bəndini pozur. Bunu da Azərbaycan Ermənistanın 10 noyabr bəyannaməsindən çıxması kimi qiymətləndirməlidir. Elə buna görə də anti-terror əməliyyatlarınaa dərhal başlamalıyıq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Ən çox oxunanalar