Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda pasiyentlərin hüquqlarının müdafiəsinə dair qanun qəbul ediləcək

Pandemiya və post-pandemiya dövründə səhiyyənin inkişafına dair əsas strateji hədəflər müəyyənləşib.

PİA.az-ın məlumatına görə, bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

Bütün dünyada baş verən koronavirus (COVİD-19) infeksiyası ölkəmizə də öz təsirini göstərib, səhiyyə qurumları bu pandamiya ilə mübarizəyə cəlb edilib.

Bununla əlaqədar olaraq, icbari tibbi sığorta ölkənin ərazi vahidləri üzrə 2021-ci il ərzində mərhələli şəkildə tətbiq olunacaq. Dünyada geniş yayılmış pandemiya ilə mübarizə çərçivəsində ölkənin “Vaksinasiya strategiyası” qəbul ediləcək və məqsədyönlü icrası təmin olunacaq.

2021 və sonrakı illər ərzində səhiyyənin hərtərəfli inkişafı baxımından səhiyyə sisteminin idarəetmə potensialının gücləndirilməsi, əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və səhiyyə sisteminin səmərəliliyinin yüksəldilməsi, əhalinin keyfiyyətli, təhlükəsiz və effektiv əısas dərman vasitıələrinə əlçatanlığının yaxşılaşdırılması, ictimai səhiyyənin və sosial əhəmiyyətli xəstəliklərə qarşı mübarizənin gücləndirilməsi, səhiyyənin kadr potensialının gücləndirilməsi və kadr strukturunun əhalinin ehtiyaclarına uyğunlaşdırılması nəzərdə tutulur.

Qeyd edilən strateji hədəflərin reallaşdırılması məqsədilə aşağıdakı prioritetlərin həlli nəzərdə tutulub:

- SARS-CoV-2 virusunun törətdiyi COVİD-19 xəstəliyinə qarşı mübarizədə vaksinasiya üzrə bütün beynəlxalq əməkdaşlıq platformalarından effektiv istifadə etməklə keyfiyyətli və təhlükəsiz vaksinin seçilməsi və dövlət tərəfindən dövlət və bələdiyyə tibb müəsisələrində əhali arasında planlı pulsuz vaksinasiyanın aparılması;

- səhiyyənin idarəetmə potensialının gücləndirilməsi məqsədilə səhiyyə sisteminin normativ-hüquqi bazasının gücləndirilməsi, səhiyyə sahəsində qanunvericilik aktlarının islahat məqsədlərinə uyğunlaşdırılması, pasiyentlərin hüquqlarının müdafiəsinə dair qanunvericilik bazasının yaradılması;

- əhalinin keyfiyyətli, təhlükəsiz və effektiv dərman vasitələrinə əlçatanlığının yaxşılaşdırılması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi, dərman vasitələri istehsalçıları, idxalçıları, və pərakəndə satıcılarının lisenziyalaşdırılması və fəaliyyətinə nəzarətin beynəlxalq standartlara uyğun həyata keçirilməsi və s. (APA)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

Ən çox oxunanalar