Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vəzifəli şəxslərin xeyli hissəsi qanunlara əməl etmək niyyətində deyillər” - Millət vəkili

Görünən budur ki, bütün görülən tədbirlərə baxmayaraq bəzi icra başçıları öz qanunsuz işləri ilə məşğuldurlar...

Fazil Mustafa: “Burada konkret olaraq icra başçılarının həbsindən söhbət getmir. Söhbət vəzifəli şəxslərin qanuna əməl etməməsindən gedir”.

“Dövlətin də bu istiqamətdə addımları intensivləşməlidir və bu adamlar layiqli cəzalarını almalıdırlar”.

Bu sözləri millət vəkili Fazil Mustafa ölkədə vəzifəli şəxslərin yenidən həbsinə başlanılmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirdi və icra başçısı həbs edildi.

Dekabrın 9-da Səbail Rayon Məhkəməsində N.Zeynalov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçildi.

Bir il əvvəl dekabrın 19-da isə Ağstafa rayon İcra hakimiyyətinin başçısı həbs edildi. İcra başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu rüşvət alarkən iş başında yaxalandı. Məhz onların həbsi ilə ölkədə korrupsiya həbslərinə start verildi. Ağstafadan sonra DTX bir sıra icra hakimiyyətlərində və nazirliklərdə korrupsiya həbsləri həyata keçirdi.

Lakin buna baxmayaraq bir çox icra başçıları hələ də vəzifə səlahiyyətlərindən sui-istifadəyə, korrupsiya və rüşvətxorluğa yol verməldədirlər. Aydın görünür ki, bütün görülən tədbirlərə baxmayaraq bəzi icra başçıları öz qanunsuz əməlləri ilə məşğuldurlar... .

Bəs cəmiyyətimizin qara yarasına çevrilən bu problemə qarşı hansı kompleks addımlar atılmalıdır ki, vəzifəli şəxslər öz “həddlərini” aşmasınlar? Aparılan həbslər bu problemin həlli üçün yetərlidirmi?

Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Fazil Mustafa ilə müzakirə edib.

Fazil Mustafa: “Vəzifə səlahiyyətlərindən sui-istifadə edən vəzifəli şəxslər barədə qanunauyğun tədbirlər görülməlidir”.

İstər icra başçısı, istərsə də başqa vəzifəli şəxs qanunlara əməl etmirsə, onlar barədə tədbirlərin görüləcəyini vurğulayan millət vəkili PİA.az-a açıqlamasımda qeyd edib ki, kim olmalarından asılı olmayaraq, bu şəxslər komfortlu həyatlarını həbsxana həyatına dəyişəcəklər:

“Burada konkret olaraq icra başçılarının həbsindən söhbət getmir. Söhbət vəzifəli şəxslərin qanunlaraa əməl etməməsindən gedir. Vəzifəli şəxslərin xeyli hissəsi qanunlara əməl etmək niyyətində deyillər. Buna görə də dövlətin də bu istiqamətdə addımları intensivləşməlidir və bu adamlar layiqli cəzalarını almalıdırlar.

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən vəzifəli şəxslər barədə qanunauyğun tədbirlər görülməlidir. İstər icra başçısı, istərsə də başqa vəzifəli şəxs qanunlara əməl etmirsə, kim olmalarından asılı olmayaraq, hansı vəzifəni daşımalarından asılı olmayaraq, onlar barədə tədbirlər görüləcək. Həmin şəxlər komfortlu həyatlarını həbsxana həyatına dəyişəcəklər.

Bu məsələ yenilik icad etməyə ehtiyac yoxdur. Qanunlar kifayət qədər aydındır. Qanunlara da əməl etməyənlər də onları hansı cəzanın gözlədiyini sizdən, məndən də çox yaxşı bilirlər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

Ən çox oxunanalar