Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın vitse-prezidenti Mayk Pens COVID-19 əleyhinə peyvənd olunub

Dekabrın 18-də ABŞ-ın vitse-prezidenti Mayk Pensə birbaşa efirdə COVID-19 əleyhinə peyvənd edilib.

AZƏRTAC xəbər verir ki, Mayk Pens “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən işlənib hazırlanan yeni vaksinin təhlükəsiz və səmərəli olmasına amerikalılarda inam hissini artırmaq məqsədilə birbaşa efirdə peyvəndlənib. Vitse-prezidentin həyat yoldaşı Karen Pens və ABŞ-ın baş cərrahı Cerom Adams da onunla birgə peyvənd ediliblər. Tövsiyələrə müvafiq olaraq, onlar 21 gündən sonra təkrar peyvənd olunacaqlar.

Pens başlanan vaksinləşməni tibbi möcüzə adlandırıb, çünki vaksinlərin işlənib hazırlanmasına, istehsalına və paylanmasına orta hesabla 8 ildən 12 ilədək müddət tələb olunur. Bu vaksinlə bağlı halda isə hər şey olduqca sürətlə baş verib.

Mayk Pens ölkənin Milli Səhiyyə İnstitutunun, Qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarət üzrə ABŞ administrasiyasının və COVID-19 əleyhinə peyvəndlənməyə hazırlıq üzrə “Səsdən sürətli əməliyyat” adlı prezident layihəsinin komandasının gördüyü nəhəng işi qeyd edib.

Milad bayramı dövrünün ümid bayramı olduğunu vurğulayan Pens hesab edir ki, başlanan peyvəndlənmə Amerika xalqına və bütün dünyaya ümid gətirəcək. ABŞ Prezidenti Donald Trampın administrasiyası bundan əvvəl 20 milyon amerikalının dekabrın sonunadək peyvənd ediləcəyini planlaşdırdığını bəyan etmişdi.

pia.az 


Etiket: Mayk Pens


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Ən çox oxunanalar