Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ilin on bir ayında oğlan və qız uşaqlarına ən çox qoyulan adlar məlum olub

Bu ilin on bir ayında Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, 2020-ci ildə doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub. Bu ad on bir ayda 1927 uşağa verilib. Oğlan adlarında sonrakı yerləri Uğur (1839), Əli (1838), Hüseyn (1733), Ömər (1178), Məhəmməd (1176), Murad (1126), Raul (943), Ayxan (821) və Tunar (787) tutur.

İlin on bir ayında qız uşaqlarına ən çox Zəhra adı verilib (1898). Qız uşaqlarına ən çox qoyulan digər adlar Zeynəb (1518), Məryəm (1447), Aylin (1378), Mələk (1335), Fatimə (1252), Nuray (1195), Nilay (1058), İnci (1021) və Dənizdir (926).

Son beş ildə də oğlan və qız uşaqlarına ən çox müvafiq olaraq, Yusif və Zəhra adları verilib. Beş ildə 13 min 231 uşağa Yusif, 12 min 665 qız uşağına isə Zəhra adı qoyulub.

Qeyd edək ki, il ərzində yeni doğulan uşaqlara verilən adlarla bağlı məlumat Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlər sırasında “Azərbaycan adları barədə məlumat” bölməsində yerləşdirilib. Vətəndaşlar bu elektron xidmətdən istifadə edərək yeni doğulmuş uşaqlara ad verərkən həmin adın axtarışı, mənası, şərhi, onunla bağlı statistik məlumat əldə edə bilərlər. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən qurumun rəsmi internet saytı https://exidmet.justice.gov.az:8284) və ya “Elektron hökumət” portalı vasitəsilə yararlanmaq mümkündür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Ən çox oxunanalar