Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM magistratura və işə qəbul imtahanlarına hazırlaşanlara müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) magistratura və işə qəbul imtahanlarına hazırlaşanlara müraciət edib.

DİM-dən bildirilib ki, Microsoft şirkəti 22 oktyabr 2009-cu ildə istifadəyə verdiyi Windows 7 əməliyyat sistemi üçün onillik məhsul dəstəyi göstərmək öhdəliyi götürmüşdü. Onillik dövr başa çatıb və beləliklə də, şirkət yeni təcrübə və texnologiyaların təminatına fokuslanmaq üçün Windows 7-nin dəstəklənməsini dayandırıb. Microsoft şirkəti 14 yanvar 2020-ci il tarixindən rəsmi olaraq Windows 7 əməliyyat sistemi üçün dəstəyin dayandırıldığını elan edib. Həmin tarixdən sonra kompüterlərdə Windows 7 əməliyyat sistemi işləsə də, proqram təminatı və təhlükəsizlik təminatında yeniləmələr olmadığı üçün bu, virus və zərərli proqramlarla yoluxma riski yaratmaqdadır. Bu isə o deməkdir ki, köhnə proqram təminatı ilə işləyən kompüterlər viruslara qarşı həssas olacaq.

Bu səbəbdən də Microsoft şirkəti Windows 10 əməliyyat sisteminə keçməyi qətiyyətlə tövsiyə edir. Maraqlısı ondadır ki, bununla yanaşı, şirkət istifadəçilərə öz kompüterlərini yeniləməyi, Windows 10-un bütün üstünlüklərini yeni cihazlarda sınamağı da məsləhət görür.

Microsoftun tövsiyəsinə görə, proqram təminatını və təhlükəsizlik sistemini yeniləmədən viruslardan və zərərli proqramlardan qorunmaq çətin olduğu üçün ən düzgün yol məhz Windows 10 a keçməkdir.

Bu tövsiyəni və yaranmış reallığı nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə informatika üzrə qəbul imtahanı proqramında dəyişiklik edərək Windows 10 əməliyyat sisteminə keçid etməyi qərara alıb.

Hələlik dəyişiklik yalnız əməliyyat sistemini əhatə edir. Növbəti illərdə qəbul proqramının digər hissələrinin və ofis paketinin də yenilənməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi proqramda olunmuş dəyişiklikləri nəzərə alaraq, yaxın vaxtlarda magistraturaya və işə qəbul imtahanlarına hazırlaşanlara elmi-metodiki kömək göstərmək məqsədilə hazırlanmış “İnformatika” vəsaitinin yenilənmiş nəşrini istifadəçilərə təqdim edəcək. Magistraturaya informatika üzrə yenilənmiş qəbul proqramı 2021-ci ilin əvvəllərində “Magistr” jurnalının 1-ci sayında bakalavrlara təqdim olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar