Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid ailələri və yaralılara ödənişsiz dərman preparatları verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid ailələri, müharibədə yaralanmış şəxslər və onların ailə üzvlərinə psixoloji dəstək tədbirlərini davam etdirir.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsindən “Report”a verilən məlumata görə, psixoloq və psixiatrlardan ibarət qruplar son günlərdə 712 ailə ilə görüşüblər.

Psixoloji dəstək tədbirlərinə ehtiyacı olan ailələrə psixokorreksiya işləri üzrə seanslar keçirilir. Həmçinin ilkin diaqnostikadan sonra bir çox şəxslərə ehtiyaclarına uyğun ödənişsiz dərman preparatları verilib.

Noyabrın 19-dan fəaliyyətə başlayan “Onlayn psixoloji dəstək xidməti”nə (050 406 75 85) isə 200-yə yaxın zəng daxil olub. Müraciətlərin məzmununa uyğun olaraq psixoloqlar vətəndaşlara dəstək yönümlü xidmətlər göstəriblər. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Xatırladaq ki, 44 günlük müharibə dövründə də agentlik erməni təxribat və terrorundan zərər çəkən şəxslərlə, ailələrlə görüşərək, onlara ehtiyac duyduqları psixoloji xidmətləri göstərib. Həmçinin ailələrin sosial vəziyyətləri qiymətləndirilib, ehtiyac duyduqları sosial dəstək tədbirləri müəyyənləşdirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar