Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Böyük dövlət olmaq ərazi ilə, ətrafına oyuncaq dövlətlər yığmaqla olmur” - Natiq Cəfərli

Rusiyanın bütün TV kanalları illərdir Qərbi, ABŞ-ı söyür, amma Rusiya Maliyyə Nazirliyi "güvənli liman", yatırım kimi yenə ABŞ-ın dövlət istiqrazlarına investisiya yatırmağa davam edir, yəni söydüyü, bəyənmədiyi ABŞ-ın dövlət qiymətli kağızlarına güvənir. Bu ilin sentyabr ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşunu avqust ayına nisbətən 105 milyon dollar və yaxud 1,8% artıraraq 5,858 milyard dollardan 5,963 milyard dollara çatdırıb. Əgər Qərbi bəyənmirsənsə, niyə güvənirsən, güvənirsənsə, nədən bəyənmirsən?!»

PİA.az xəbər verir ki, bunu iqtisadçı ekspert, ReAl partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, böyük dövlət olmaq ərazi ilə, ətrafda oyuncaq dövlətlər yaratmaqla, ərazi qapmaqla ölçülmür, zopa ilə, kobud güclə dəyərləndirilmir:

“Böyük dövlət güclü, dayanıqlı iqtisadiyyat və vətəndaşın rifah halı ilə ölçülür. Kreml SSRİ-nın bərpası haqqında çox xəyallar qura bilər, amma bunu realizə etmək üçün iqtisadi potensialı, cəlbedici uğuru yoxdur. "SSRİ" çox bahalı layihədir, trilyonlarla dollar istəyir, daha vacibi isə maqnit rolu oynayacaq hekayə tələb edir, heç biri Rusiyada yoxdur. Böyük Dövlət olmaq tək S400-lə (hansı ki, ixtira olaraq SSRİ xalqlarının ortaq beyin məhsuludur, 1980-ci illərin ortalarında yaradılıb, amma istehsala pul olmayıb) ölçülmür, həm də işlək, müasir ütü, tozsoran istehsal etməklə olur. Müasir böyük dövlət Cənubi Koreyadır, ərazisi Rusiyadan 171 dəfə (!!!)  kiçikdir, amma ÜDM isə cəmi 2 dəfə azdır, adambaşına düşən ÜDM isə C.Koreyada Rusiyaya nisbətən 5 dəfəyə yaxın çoxdur...”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Latviya 2028-ci ildən qadınlar üçün məcburi hərbi xidmət tətbiq edə bilər

Sabahdan ali məktəblərə qəbul olunanların qeydiyyatına start veriləcək    

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay