Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda tikinti özbaşınalığı: “Tarqovı”dakı binalara edilən “calaq”lara kim və necə icazə verir? - Fotolar

“Məmurların pulu belə çoxdursa, Qarabağda tikililərin bərpasına böyük sərmayələr qoysunlar”.

Son vaxtlar Bakının mərkəzi hissəsində, xüsusilə, “Tarqovi” kimi tanınan Nizami küçəsində yerləşən bir sıra binalara yeni əlavələr edilir. Konkret desək, mülkiyyətçi sahibi olduğu binanı tikinti standartlarına və müvafiq qanunvericiliyə zidd qaydada “böyüdərək”, paytaxtın memarlıq estetikasını tamamilə korlayır.

Belə “əlavə”lərə məruz qalan tikililərdən biri də qeyd olunan ərazidə yerləşən “Nərgiz Mall”dur. Təqdim olunan fotolar “arxitektur novatorluğun” yaratdığı mənzərənin eybəcərliyini real əks etdirir.

Müasir Musavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev məsələ ilə bağlı saytımıza açıqlamasında bildirib ki, bu gün Vətən Müharibəsindən sui-istifadə edərək, rüşvət yığan və qanunsuz əməllərə şərait yaradan məmurlar yenidən aktivləşiblər:

Prezidentin başının torpaqlarımızın işğaldan azad olunmasına qarışdığı bir vaxtda bəzi məmurlar ölkədə özbaşınalıq etməyə çalışırlar. Bu məmurlar Azərbaycanın daxilində bəzi yerləri işğal etməyə cəhd göstərirlər.

Onlar mövcud vəziyyətdə də öz tamahlarından əl çəkmirlər, vicdansızlıq edirlər. Həmin məmurlar öz var-dövlətlərini artırmağa can atsalar da, müharibədən sonra onlara qarşı ciddi tədbirlərin görüləcəyinə ümid edirəm.

Əgər həmin məmurların məqsədi həqiqətən, yaxşı olsaydı, işğaldan azad olunmuş torpaqlarımızda inşa və təmir işlərinə dəstək verərdilər. Məmurların pulu belə çoxdursa, Qarabağda tikililərin bərpasına böyük sərmayələr qoysunlar.

Əks halda, xalqdan oğurlanan pullarla Bakının mərkəzində qanunsuz inşaat işləri həyata keçirmək xoş niyyətdən xəbər vermir. Ona görə də bu məsələni ciddi nəzarətdə saxlamaq lazımdır. Qeyri-qanuni işlərlə məşğul olan oliqarxlara qarşı aidiyyatı qurumlar sərt tədbirlər həyata keçirməlidir”.(yeni çağ)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür

Ən çox oxunanalar