Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərə atılan, lakin partlamayan raketlərlə bir diviziyanı məhv etmək mümkün olardı - Video 

Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən noyabrın 6-na qədər Tərtər şəhərinə 21 raket atıb. Bu, partlayan raketlərin sayıdır. Partlamayan, evlərə, həyətlərə, sahələrə düşən raketlər də var.

Belə raketlər aşkarlanaraq Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat verilir. Son günlər rayon ərazisindən 5 partlamayan və 1 yarımçıq belə raket aşkar olunub.

Hərbi ekspetlər deyir ki, 6 ədəd kasetli raket bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək gücündədir.

2-ci Qarabağ savaşı başlayandan Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini kasetli raketlərdən atəşə tutur. Hələ 2008-ci ildə “Kaset sursatlar haqqında konvensiyaya” ilə qadağan olunmuş belə sursatlar Tərtər, Bərdə, Goranboy rayonları ərazisinə atılır. Oktyabrın 28-də günorta saatlarında Bərdə şəhərinə bir neçə belə kasetli raket atılıb.
Ermənistanın Bərdə şəhərinə raket zərbələri endirməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həmin gün həlak olub. 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli qəlpə xəsarətləri alıb. 1 nəfər isə sonradan xəstəxanada dünyasını dəyişib.

Bundan başqa, Bərdədə raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kasetli raket atılıb. Nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub. Həmin ərazidə ANAMA mütəxəssisləri tərəfindən aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış “9N235” bombacıqları, həmçinin 300 ədəd partlamamış “M85” bombacıqları aşkar olunub.

Qeyd edək ki, 1 kasetli raketdə hər birində 9 bombacıq yerləşən 8 boru olur. Belə raketlərin bir çoxu idarə olunandır. Ermənsitan silahlı qüvvələri belə raketləri məqsədyönlü şəkildə Azərbaycanda əhalinin sıx yaşadığı ərazilərin üzərinə tuşlayır. Raket təyin olunan əraziyə çatdıqda göydə partlayış komandası verilir. Bu zaman raketin daşıyıcı hissəsindəki boruların içində yerləşən 72 bombacıq ayrılaraq böyük bir əraziyə səpələnir. Hər bir bombacıq yerə çırpılarkən daxilindəki 320 qəlpə yüksək sürətlə ətrafa yayılır. Bu zaman ərazidə olan hər bir canlıya, əşyaya qəlpənin dəyməsi ehtimalı çox böyükdür. Bərdədə 22 dinc Azərbaycan vətəndaşının ölümünə, 70 dinc sakinin yaralanmasına məhz bu cür qadağan olunmuş raketin atılması səbəb olub.

Oktyabrın 28-də Bərdə şəhərinə 3 belə raket atılıb, biri əkin sahəsinə, digər ikisi isə şəhərin gediş-gəlişin gur olduğu hissəsinə düşüb. 2 raketdən ümumilikdə Bərdə şəhərinə 144 bombacıq səpələnib, bu da 46 min 80 qəlpə deməkdir. Goranboyun Qızılhacılı kəndi ərazisinə də belə raket atılıb. Həmin raketin bəzi bombacıqları partlamayıb. Sakinlər bir neçəsini aşkar edərək hüquq mühafizə orqanlarına bu haqda məlumat veriblər. Bundan sonra əraziyə ANAMA mütəxəssisləri gəlib. Aşkarlanan 3 bombacıq xüsusi partlayış qrupu tərəfindən partladıqlmaqla məhv edilir.

Tərtər rayonu ərazisində aşkarlanan raketlərin də yaxınlarda zərərsizləşdiriləcəyi bildirlir.

Vətəndaşlar hər hansı bir şübhəli əşya, bombacıq və digər bu kimi qurğular aşkarladıqda, həmin vasitələrə toxunmadan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti- Zəng Mərkəzinə məlumat vermələri xahiş olunur.

piaaz


Etiket: Cəbhə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar