Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman UNICEF-in icraçı direktoruna müraciət edib

UNICEF-in 28 oktyabr 2020-ci il tarixli, Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı verdiyi bəyanatında ikili standartlara yol verilərək qətlə yetirilmiş uşaqlarla əlaqədar həqiqətlərin gizlədildiyi müşahidə olunub.

Ombudsman Aparatından verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qətlə yetirilmiş Azərbaycanlı uşaqların sayının, soyadlarının və həlak olduqları rayonların adlarının məqsədli şəkildə bəyanatda göstərilmədiyini əsas götürməklə qəti etirazını bildirib və UNICEF-in icraçı direktoru xanım Henrietta Holsman Foreya həmin faktlarla bağlı müraciət edib.

Ombudsman bildirib ki, uşaqlar döyüş zonasına yaxınlığı olmayan, həmin zonalardan uzaq məsafədə yerləşən mülki yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin Ermənsitan ərazisindən atdıqları raket atəşləri nəticəsində qətlə yetiriliblər:

"Bu faktların bəyanatda göstərilməməsi UNICEF-in bitərəf mövqedən çıxış etməməsi və ikili standartlara yol verməsi ilə yanaşı, baş vermiş insan təlafatlarının döyüş zonası ilə bağlamaq məqsədi daşıdığını deməyə əsas verir.

Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla cəbhə bölgəsi və cəbhə bölgəsindən uzaq ərazilərdəki mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali arasında 90 nəfər həlak olmuşdur ki, onlardan 11-i uşaqdır. Yaralanan 395 nəfərdən isə 48-i uşaqdır.

Bu isə Ermənistanın mülki əhaliyə qarşı davam etdirdiyi terror aktlarına göz yumulması beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən Cenevrə Konvensiyalarının, xüsusilə də BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasına şərait yaradılması deməkdir.

Yuxarıdakı faktlara və apardığı faktaraşdırıcı missiyanın nəticələrinə əsaslanmaqla Ombudsman Səbinə Əliyeva Ermənistanın Azərbaycan ərazilərinə və mülki əhaliyə hərbi təcavüzü ilə bağlı UNICEF-in regional direktoruna çağırış edərək baş vermiş insan təlafatına, o cümlədən uşaqların qətlə yetirilməsinə və yaralanmasına BMT səviyyəsində münasibət bildirilməsini tələb etməklə yanaşı, birgə faktaraşdırıcı missiyanın keçirilməsini təklif etmişdi. Bu günədək isə UNICEF tərəfindən hər hansı bir fakaraşdırıcı fəaliyyət həyata keçirilməmişdir.

Qeyd olunanları nəzərə alaraq, Ombudsman Səbinə Əliyeva UNICEF-in 28 oktyabr 2020-ci il tarixli, Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı bəyanatına etirazını bildirir, həlak olan uşaqlarla bağlı yuxarıda qeyd olunan faktlara münasibətdə UNICEF tərəfindən mövqe nümayiş etdirilməsini, Ermənistanın müharibə cinayətlərinin qarşısının alınması ilə bağlı təsirli tədbirlər görülməsini, uşaqların ən ümdə maraqlarının təminini ədalət və insanlıq naminə tələb edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar