Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hamımız Vətənimizin, ordumuzun yanındayıq, əsgərik” – İqbal Ağazadə

"Gəncəyə atılan raketlər bir daha sübut edir ki, humanitar atəşkəs düşmənə havadarları vasitəsilə fürsət yaratmaqdan başqa heç bir məqsəd güdmür”.

Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə qeyd edib ki, Rusiya bu münaqişədə tərəfsiz olmayıb, o hər zaman Ermənistanın dəstəkçisidir. Nə rolunu, nə də xislətini dəyişməyib: “Azərbaycan xalqı bu atəşkəsin nəticəsini belə də gözləyirdi. Biz tarixi unutmadıq. Şuşa, Laçın məhz vasitəçilər bizi atəşkəs masasına oturdanda işğal edildi. Ümid Partiyası olaraq Ali Baş Komandanı haqq işimizi son kəndimizə bayraq sancılana kimi davam etdirməyə çağırırıq. Hamımız Vətənimizin, ordumuzun yanındayıq, əsgərik! Qardaş Türkiyəyə səslənirik: Azərbaycana bütün sahələrdə dəstək verin, xüsusilə beynəlxalq arenda əsas ağırlıq sizin üzərinizdədir. Xaricdə yaşayan həmvətənlərimiz bütün imkanlarını səfərbər edib haqq işimizi yaşadıqları ölkələrin səlahiyyətli qurumlarına çatdırsınlar. Özəlliklə Rusiyada yaşayan həmvətənlərimiz daha fəal olmalı, bizim müdafiəmiz üçün tatarları, başqırdları, çeçenləri, udmurtları, Dağıstan xalqlarını bu prosesə cəlb etməli, onların parlamentində müzakirə üçün imkanlar aramalıdırlar. Güney Azərbaycanlılarımız İrandan Ermənistana gələcək hər bir dəstəyi durdurmalıdırlar, savaş davam edir. Yəhudi dostlarımız hər zaman Azərbaycanla birlikdə olublar, bu gün onların dəstəyinə daha çox ehtiyacımız var. İnanıram ki, xalqımızı sevən yəhudi dostlarım imkanlarını əsirgəməyəcəklər. Nəhayətdə, xalqımız birlik və bərabərliyini davam etdirməli, düşmən təxribatının bizi parçalamağa yönəlik addımlarına daha sıx birləşməyimizlə cavab verməliyik. İşğalı aradan qaldırmaq istiqamətində Xalq-Dövlət birliyimizi sarsıtmaq üçün hər cür təsir və təzyiqlərlə bizi atəşkəs masasına oturtdular. Bilirlər ki, birliyimizi parçalayacaq ilk şey atəşkəsdir. Ona görə ordan başlayırlar. İqtidar xalqımıza, birliyimizə, ordumuza güvənərək bütün təzyiqlərə sinə gərib haqq işimizi davam etdirməli, biz isə birliyimizi qorumalıyıq. Atəşkəs pozulub artıq, düşmən bunu göstərdi! Qarabağsız Azərbaycan yoxdur! Hamımız əsgərik!"

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar