Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı körpələr üzərində təcrübə aparan erməni “həkim” - Foto

Qarabağ müharibəsi zamanı əsir və girovluqda olan azərbaycanlılar həm mənəvi, həm də psixoloji cəhətdən iflic vəziyyətinə salınıblar. Müharibə zamanı həkim və tibb bacısı adı altında fəaliyyət göstərən erməni kişi və qadın döyüşçülər ələ keçirilən azərbaycanlı girovlar üzərində necə deyərlər, “sınaq təcrübələri” aparıblar.

Atəşkəsdən sonra Qarabağda “amputasiya otaqları” yaradan işğalçılar Ermənistandan ora xüsusi təcrübələr aparmaq üçün “həkim qrup”ları gətirib. Bu qruplar terrorçu dəstələrin üzvləri olublar.

1993-cü il 31 mart tarixində Kəlbəcər rayonunun işğalı ərəfəsində girov götürülən Gülcamal Quliyeva girovluqda olduğu zaman oğlu Arzu Hacıyevi dünyaya gətirib. Qısa bir müddət ərzində bu uşaq erməni “həkimi” Aida Serobyana tapşırılıb. Serobyan tərəfindən naməlum tərkibli iynələrin vurulması nəticəsində Arzu Hacıyev ömürlük şikəst qalıb.

2003-cü ilin may ayına qədər “sınaq təcrübəsi”nə məruz qalan və erməni terrorunun əlamətlərini daşıyan Arzu Hacıyev o zaman vəfat edib.

Bəs Arzu Haciyev kimi girov azərbaycanlılar üzərində “sınaq təcrübələri” aparan Ermənistanın xüsusi xidmət orqanlarının terrorçu əməkdaşı Aida Serobyan kimdir?

Araşdırmalara görə, polkovnik Aida Sergeyevna Serobyan 15 dekabr 1952-ci ildə Gürcüstanın Maxaradze (Ozurgeti) şəhərində anadan olub. Qarabağ müharibəsində tibb bacısı adı altında döyüşçü kimi fəaliyyət göstərib. 1981-ci ildə İrəvan Tibb Kollecini, 1999-cu ildə isə İrəvan Məhkəmə Ekspertiza və Psixologiya İnstitutunu bitirib.

Qarabağ müharibəsi zamanı, 1992-1994-cü illərdə Serobyan Haterk “partizan” dəstəsinin “Artsax xilasetmə xidməti”ndə iştirak edib. Qırmızı Xaç Komitəsinin insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatların üzünə bağlı olan “erməni xilasetmə xidmətləri” əslində azərbaycanlı əsir və girovların ələ keçirilərək, Ermənistan daxilində yerləşən “amputasiya otaqları”na göndərilməsi ilə məşğul olub.

Aida Serobyan 1990-cı ildən etibarən Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin xüsusi hərbi bölməsinin “tibb bacısı” kimi fəaliyyətə başlayıb. 14 aprel 1992-ci ildə Qarabağa xüsusi “həkim qrup”ları daxilində göndərilən Serobyan bir müddət sonra həmin dəstə tərkibində kompleks strateji vəzifələri yerinə yetirmək üçün Xocavəndin Hadrut qəsəbəsi istiqamətinə gedib.

1992-1994-cü illərdə o, Ağdərə, Ağdam, Şuşa, Kəlbəcər, Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğal əməliyyatlarında iştirak edib, “Artsiv” terror dəstəsinin tərkibində vuruşub. 1992-ci ildən etibarən Xocavənd istiqamətində həm döyüşən, həm də “sınaq təcrübələri” aparan Aida Serobyan beynəlxalq ASALA terrorçusu Monte Melikonyanın dəstəsində də olub. Göstərdiyi “xidmət”lərə görə Melikonyan tərəfindən “Ağ xaç”la mükafatlandırıldığını bildirən Serobyan 1992-ci ilin avqust ayından etibarən Qarabağın Çıldıran, Ballıqaya, eləcə də Kəlbəcərin Qozlu kəndlərinin işğal və təxribat əməliyyatlarında iştirak edib.

30 iyun 1994-cü ildə Ermənistana geri dönən Aida Serobyanı azərbaycanlı körpələrin qətl və şikəst edilməsindəki əməyi müqabilində Ermənistanın və Qarabağdakı separatçı rejimin “Hərbi xidmətlərinə görə” medalları ilə, 2011-ci ildə isə “İgidliyə görə” medalı ilə təltif edilib.

Ermənistan Respublikası tərəfindən dəstəklənən və erməni dövlət strukturunda çalışan Aida Serobyan hazırda 1998-ci ildən yaratdığı “Qadın döyüşçüləri birliyi”nin sədri olaraq özünü erməni cəmiyyətinə vətənpərvər və ictimai şəxs kimi tanıtmağa çalışır. Yaratdığı “cəmiyyət” daxilində hərbi təcrübələrin öyrənilməsinin vacib olduğunu bildirən Aida Serobyan, əslində mövcud müharibə təhlükəsinə hazırlaşaraq, yeni-yeni erməni qadın döyüşçülər, “həkim”lər və qadın terrorçular hazırlamaqla məşğuldur.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar