Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu müharibədə sürətli irəliləmək çox itkiyə səbəb ola bilər" - Qubad İbadoğlu

"Azərbaycan ordusu strategiya ilə hərəkət edir ki, torpaqlar minimum itki ilə azad olunsun"

Bu sözləri Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu bildirib.

"Qarabağda şiddətli döyüşlər, əsasən, iki istiqamətdə gedir. Şimal-Qərb cəbhəsində Magadiz yüksəkliyi və Talış kəndinin azad edilməsi o deməkdir ki, Azərbaycan ordusunun Ağdərəyə girmək və rayon mərkəzini nəzarətdə saxlamaq asanlaşır. Tezliklə Ağdərəni azad edilməsi rəsmi elan oluna bilər.

Cənub cəbhəsində Məngələnata və Məlikcan, Ərgünəş yüksəkliklərinin azad edilməsi çox vacibdir. Məngələnata və Ərgünəş Füzuli və Məlikcan Hadrut rayon mərkəzlərinin nəzarətdə saxlamaq üçün çox mühüm yükəskliklərdir. Ermənilər Füzuli şəhərini elə ilk gündən tərk etsələr də, Azərbaycan şəhəri nəzarətə götürsə də, məhz Məngələnata yüksəkliyinə görə Füzuli şəhərində mövqelərini möhkəmlətmək istəmir.

Bu müharibədə sürətli irəliləmək çox itkiyə gətirə bilər. Odur ki, Azərbaycan ordusu yüksəklikləri azad etmək, düşmənin infrastrukturunu və texnikasını sıradan çıxarmaq, canlı qüvvəsini məhv etmək strategiyası ilə hərəkət edir ki, torpaqlar minimum itki ilə azad olunsun.

Yeri gəlmişlən, şimal-qərbdə general Hikmət Həsənov, cənubda general Mais Bərxudarov rəhbərlik edir. Hər iki cəsur və peşəkar generalımıza, tarix yazan sərkərdələrimizə eşq olsun, allahın mərhəməti onların və rəhbərlik etdikləri korpusun əsgər və zabitləri üzərində olsun".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar