Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? - Şok iddia

Sentyabrın 8-də, saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə oğlu tərəfindən odlu silahdan açılmış atəş nəticəsində dünyasını dəyişən Nofəl Süleymanlının övladı tərəfindən qəsdən öldürülməsi ilə bağlı məlumat yayılıb.

PİA.az Publika.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddiaya görə, tanınmış gitara ifaçısı oğlu Şövqü Süleymanlı tərəfindən qəsdən öldürüb.

Bildirilir ki, mərhum gitara ifaçısının Azərbaycan şou-biznesində tanınan müğənnilərdən biri ilə şəxsi münasibətləri olub. Bundan xəbər tutan Nofel Süleymanlının həyat yoldaşının isə əri ilə münaqişələri başlayıb.

İddia edilir ki, bundan hiddətlənən 17 yaşlı oğlu şəxsi münaqişə zəminində atasından intiqam almaq istəyib və onu güllələyib.

Yayılan iddialarla bağlı Baş Prokurorluqdan bildirilib ki, onlarda bununla bağlı hər hansı informasiya yoxdur: "Hazırda istintaq davam edir. Bu cinayət işi ilə bağlı rəsmi məlumat verilib”.

Qeyd edək ki, Prokurorluq tanınmış gitara ifaçısı Nofəl Süleymanovun öldürülməsi ilə bağlı yayılmış xəbərlərə bir neçə gün əvvəl aydınlıq gətirib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan "Escot" markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürəyinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Mehriban Əliyeva seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib

Ən çox oxunanalar