Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim: “Tofiq Yaqublu xeyli arıqlayıb, çəki itirib, vəziyyət çox ciddidir” - Video

“Tofiq Yaqublunu ümumi müayinə etdik. Xeyli arıqlayıb, çəki itirib. O, çox mətin insandır, səhhətində baş verənləri büruza verən deyil. Təbii ki, ona aclığı dayandırmağı təklif etdim. Tofiq Yaqublu isə aclığı davam etdirməkdə israrlıdır. Bu, ölüm aclığı kimi bir şeydir. Su və duz qəbulu mütləqdir, amma Tofiq bəy suyu da düzgün qəbul etmir. Bu da onun zəifləməsinə gətirib çıxarıb”.

Bunu Müsavat partiyasının hazırda həbsdə olan üzvü Tofiq Yaqublunu müayinə edən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

“Vəziyyəti ona izah etdik, həyatı üçün çox ciddi təhlükənin olduğunu bildirdik. İnsan hərəkət edə bilər, amma ürək qəfildən dayana bilər. Onun yaşı, Qarabağ döyüşlərində iştirakı-travmalar alması, bir müddət öncə, əməliyyat keçirməsi vəziyyəti daha da çətinləşdirir. Ondan xahiş etdim ki, heç olmazsa, sizə venadaxili infuzi edək, razılaşdı, bir litr maye, vitaminlər köçürdük. Bu, həm də ilkin tibbi yardımdır. Tofiq bəy aclığı dayandırsaydı, daha yaxşı olardı, amma o, bunu etmədi. Həkim kimi situasiyanın ciddi olduğunu bir daha bəyan edirəm. Siyasi hakimiyyətdən, Prezident İlham Əliyevdən xahiş edirəm ki, Tofiq bəy barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılmasına yardımçı olsun” – A.Qeybulla qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq

Ən çox oxunanalar