Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bu problemlərin səbəbkarı birbaşa Ramiz Mehdiyevdir” - Razi Nurullayev

Teleqraf.com-un suallarını Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev cavablandırıb.

PİA.az müsahibəni təqdim edir:

– Razi müəllim, istərdik söhbətimizə ictimai-siyasi münasibətlər sistemində yeni siyasi konfiqurasiyanın yaranması ilə başlayaq. Bu kontekstdə bir neçə gün öncə sizin rəhbərlik etdiyiniz siyasi partiya da dövlət qeydiyyatına alındı. Yeni siyasi konfiqurasiya Azərbaycan xalqına və dövlətinə nə verir, yaxud nə verəcək?

– Uzun müddətdir ki, cəmiyyətimizdə sosial narazılıq var idi. Siyasi konfiqurasiyanın dəyişdirilməsi ilə bağlı həm müxalifət partiyaları, həm də bəzən iqtidar və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən çağırışlar edilir, mediada bununla bağlı yazılar dərc edilirdi. Belə görünür ki, cəmiyyətdə dəyişikliyə, doğrudan da, çoxdan ehtiyac var idi. Amma bu gün biz Ramiz Mehdiyevin və vəzifədən getmiş digər insanların timsalında şahidlik etdik ki, nəyə görə yeni siyasi konfiqurasiyanın qurulması, yeni siyasi situasiyanın yaradılması bu qədər gec oldu. Çünki 2008, 2010, 2013, 2015-ci il prezident və parlament seçkilərində siyasi konfiqurasiyanın dəyişdirilməsi, yeniliklərin olması, siyasi komandanın dəyişdirilməsi ilə bağlı müəyyən fikirlər olurdu və insanlarda inam da yaranırdı. Amma bu, baş vermirdi. Bu, 2018-ci ildə keçirilən prezident seçkisindən sonra özünü daha qabarıq büruzə verməyə başladı və bu gün biz onun nəticələrini görürük. Bu gün görürük ki, nəyə görə biz bu qədər zaman gözlədik. Demək ki, iqtidarın öz içərisində də “beşinci kolon” olub. Hərçənd ki, çox vaxt “beşinci kolon”un müxalifətdə olduğunu deyirlər. Təbii ki, müxalifətdə də “beşinci kolon”a aid insanlar var və müxalifətin içərisində də başqa qüvvələrlə, ola bilsin hətta xarici qüvvələrlə belə yaxından əməkdaşlıq edən insanlar var. Amma bu, həm də iqtidarın içində imiş. Ona görə də yeni siyasi konfiqurasiyanın qurulması prosesi bu qədər çətin keçdi. Bugünkü vəziyyət göstərir ki, bu proses hələ nə qədər çətinliklə başa çatacaq.

– Yəni hesab edirsiniz ki, yeni siyasi konfiqurasiyanın yaranmasına Ramiz Mehdiyev imkan vermirdi?

– Bilirsiniz, təkcə o deyil. Azərbaycanda belədir; kimsə bir vəzifəyə təyin olunursa, düşünür ki, o kreslo ömürlük onundur. Heç kim postunu itirmək istəmir. Bizdə istefa, vəzifədən könüllü ərizə yazıb getmək mədəniyyəti və ənənəsi yoxdur. Heç kim tutduğu vəzifədən getmək istəmir. Həm də ona görə ki, vəzifədən azad olunandan sonra başının bərk ağrıyacağını bilir. Çünki vəzifədə olduğu müddətdə xeyli qanunsuzluqlara yol verir, insanları incidirlər. Xalqın, siyasi partiyaların, vətəndaş cəmiyyəti nümayəndələrinin, hətta bir çox hallarda medianın belə nifrətini qazanırlar. Səlahiyyətlərini itirdikdən sonra həmin insanlar da onları tənqid etməyə başlayır, keçmişini qurdalayır, necə deyərlər, sandığı açır, pambığı çölə tökürlər və onlar çox əzab-əziyyət içində öz “sabiqliklərini” yaşamalı olurlar. Hərçənd, mənim üçün daha məqbul olardı ki, o insanlar yarıtmaz fəaliyyətinə görə vəzifədən azad olursa, onun bütün keçmişi analiz olunsun, məhkəmələr tərəfindən məhşər ayağına çəkilsin və qanunsuz yığdıqları da xalqın xeyrinə müsadirə edilsin. Bu, mütləq şəkildə belə olmalı idi.

Bu gün mən hələ də 2015-ci ildə iki dəfə devalvasiya baş verəndən sonra Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyevin, bir çox kiçik çaplı məmurların vəzifədən getməsi və bunun müqabilində ortaya çıxan həqiqətlərdən dəhşətə gəlirəm. Yalnız dövlət səviyyəsində təsdiq olunan 8 milyard dollar pul Azərbaycandan çıxarılıb. Bu, həmin vaxt 14-15 milyard manat edirdi. Azərbaycanın dövlət büdcəsinin 2020-ci il üzrə gəlirləri 24 milyard manatdır. Həmin vaxt isə dövlət büdcəsinin gəlirləri 17-18 milyard manat idi. Demək, Azərbaycanın dövlət büdcəsinin gəlirləri qədər vəsait xaricə çıxarılıb. Bu, hələ oğurlanan pulların görünən hissəsidir. Belə olan halda bunu edən şəxs “sabiq” olmaq istəyərmi? Əlbəttə, istəməz. Bilir ki, bütün cinayətləri aşkara çıxacaq. Ona görə də vəzifədən getmək istəmirlər. Amma insanlar vəzifəyə gəldikləri kimi təbii ki, müəyyən müddət işlədikdən sonra vəzifədən getməyi də bacarmalıdır.

pia.az


Etiket: Razi Nurullayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ən çox oxunanalar