Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kontakt Home”da karantin qaydaları pozuldu

Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsi "ABC Telekom” MMC (“Kontakt Home” mağazalar şəbəkəsi) barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol tərtib edilib.

Polis əməkdaşları mağaza barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən yazılan protokol tərtib edib.

Protokola Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılacaq.

Məhkəmə protokul təmin etsə, şirkət 400 manat cərimə ediləcək.

Qeyd edək ki, "ABC Telekom” (“Kontakt Home” mağazalar şəbəkəsi) məişət avadanlıqları və mobil telefonların satışını həyata keçirən şirkətdir. "Kontakt Home"nin hazırda Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhəri daxil olmaqla 20-dən artıq mağazası fəaliyyət göstərir.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Qonşular arasında dava düşüb: 3 nəfər bıçaqlanıb

UEFA Çempionlar Liqasının yeni formatdakı oyunlarının siyahısı

ABŞ-də avtobus qəzası nəticəsində 7 nəfər ölüb, onlarla insan yaralanıb

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan şəbəkə

Ərdoğan: Biz Avropa İttifaqı və ŞƏT arasında seçim etmirik

Ən çox oxunanalar