Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yəni bizim qadınlarımız belə xəyanətkardırlar? - “Pisdirsə, get evdən”

Azərbaycanda qadınlara qarşı zorakılıq faktları getdikcə artır. Bu sahədə vəziyyətin artıq kritik mərhələyə qədəm qoyduğunu desək, bəlkə də yanılmarıq. Təkcə son aylardakı kriminal hadisələrin xronologiyasına nəzər yetirsək, durumun həqiqətən ağır olduğu üzə çıxar.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva qadın cinayətlərinin artmasında sosial şəbəkələri günahlandırıb:

“Bu çox acınacaqlı haldır. Hər dəfə qadın qətli ilə bağlı yeni xəbər görəndə çox pis oluram. Bəzən görürsən ki, bu qətllərə haqq qazandıranlar da olur, hətta onların arasında qadınlar özü də çoxluq təşkil edir. Şərhlərdə yazırlar ki, “Öldürülmədi idi”, “Yaxşı at özünə qamçı vurdurmaz”. Bu elə bir şeydir ki, heç bir qadın bundan sığortalanmayıb. Ər sözü “ərən” sözündən yaranıb, yəni arxa, dayaq. Biz kişiləri arxa-dayaq hesab etmişik, amma bu gün bunun əksini görürük. Sovet dövründə belə şeylər yox idi, bilmirəm, bəlkə də vardı, sadəcə o vaxt sosial şəbəkələr yox idi, çox yayılmırdı. Mənə elə gəlir ki, bunlar hamısı sosial şəbəkələrin günahıdır”.

Sənətçi məişət problemlərini işıqlandıran verilişlərin yayımınının dayandırılmasını istəyib:

“Bu halların qarşısını almaq üçün qadın təşkilatları müəyyən işlər görməlidirlər, mütləq şəkildə təbliğat işləri aparılmalıdır.

Efirlərdə elə verilişlər var ki, orada məişət mövzusunda olan qalmaqallar işıqlandırılır, məncə, bunlar mütləq yığışdırılmalıdır. Biz elə bilirik ki, bunları göstərmək yaxşıdır, amma belə deyil, görürük ki, əks təsirini göstərməyə başlayır. Belə verilişlər olmamalıdır, biri evdən qaçır, biri ərinə xəyanət edir, bu tip mövzular açıq şəkildə təbliğ olunur. Mən istəməzdim ki, bunlar müzakirə olunsun. Əksinə, nümunəvi ailələri efirlərə çıxarmaq, onları təbliğ etmək lazımdır.

Ailədə oğul böyüdən analar düzgün təbliğat aparmalıdır, öz uşaqlarına normal nümunə göstərməlidirlər”.

Aktrisa qadın hüquqlarını müdafiə edən təşkilatların artıq həyəcan təbili çalmalı olduğunu deyib:

“Mənim fikrimcə, evlənməmişdən öncə mütləq şəkildə tərəflər analiz verməlidir, narkomaniya ilə bağlı testlər verməli, psixi cəhətdən müayinə olunmalıdır.

Bundan başqa sanki ağsaqqallar, ağbirçəklər bir qədər kənarda qalıblar, hər şey dəyişib. Bu çox təhlükəli bir şeydir, ailə cəmiyyətin tərkib hissəsidir, əgər o ailədə xoşbəxtlik yoxdursa, sabah bunun axırı necə olacaq? Deməli, sonda cəmiyyət özü bədbəxt olacaq. Hər gün biz bu təhlükəni görürük, hər dəfə televizoru açırsan bir qadın öldürülür. Başı kəsilir, mən az qala havalanıram. Bu nə deməkdir? Bizim kişilər tamam başqa cür idi, bu nə psixologiyadır? Dəhşətə gəlirəm. Mütləq təbliğat dəyişdirilməlidir. Qadın hüquqlarını qoruyan təşkilatlar həyəcan təbili çalmalıdırlar. Bəziləri buna elə belə baxırlar. Ödürülən qadınlar bizim ölkəmizin vətəndaşıdır, deməli hər bir ölüm bizə, cəmiyyətə, dövlətə ziyandır. Get-gedə vəziyyət ciddiləşir, ailədə kiçik bir qalmaqal olan kimi başlayırlar bir-birinin başını kəsməyə. Hamısının da adını qoyurlar xəyanət. Yəni bizim qadınlarımız belə xəyanətkardırlar? Qadınlarımız çox namuslu, qeyrətli, zəhmətkeş olurlar, kiçik çiyinlərində nə qədər yük daşıyırlar. Elə kişilər var ki, heç işləmirlər, evdə otururlar, qadın gedir işləyir, qazanıb gətirir. Düzdür, başqa cür də qadınlarımız var, mən hər şeyi kişilərin üzərinə ata bilmərəm, amma heç kəsin qadınları qətlə yetirməyə haqqı yoxdur, pisdirsə, ayrıl, tüpür get evdən”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar