Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanı böyük bir Aralıq dənizi müharibəsi gözləyir...

Müharibəsiz həll yolu yoxdur, çünki “Vitol Group”a görə, təxminən 2 trilyon dollarlıq təbii qaz və neft ehtiyatları olan bir dənizdə sülh ola bilməz...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 2 sentyabr 2020-ci il

Artıq məlumdur ki, Aralıq dənizi ən vacib düyünün açılacağı yerdir. Son 10 ildə bölgədə nələr baş verdiyinə diqqət yetirmək lazımdır. Ərəb Baharından Suriyaya, İraqa, “Aramco”ya edilən dron hücumlarından Qaşıqçı sui-qəsdinə və Covid-19-la sarsılan dünya iqtisadiyyatlarına qədər hər şeyə nəzər salın. Hamısı böyük bir planın hissələridir və yeni sistem qurulmadığına görə dalğalanmalar da davam edəcək. Ümid edək ki, bütün bunlar müharibə ilə nəticələnməz, amma bu ehtimal da çox yüksəkdir.

Müharibənin yeni ünvanı artıq Aralıq dənizidir. Bəzilərinə görə, yeni dünya nizamı üçün lazım olan 7 əsas ünsür tamamlanıb. Buna görə də final Aralıq dənizində tamamlanacaq.

“ExxonMobil”, “Chevron”, “BP”, “Shell” kimi dünyanın ən yaxşı 20 neft şirkəti Aralıq dənizində özü üçün yaşayış sahəsi axtarır. Ancaq necə ki, səhnə qarşısında görünən Yunanıstan əsas oyunçu deyilsə, eyni şəkildə şirkətlərin arxasında dayanan, amma üzünü göstərməyən bir kölgələr kralı da var.

Hər bir şirkət Aralıq dənizində özünə sahə axtararkən Fransa prezidenti Makronun belə 1 avqustda ətraflı öyrəndiyi nəhəng bir şirkət var. Öyrənərkən təəccübləndiyi bu şirkətin adı “Vitol Group”dur. Şərqi Aralıq dənizində lider olmaq istəyən Makron aldığı məlumatdan sonra xeyli büdrəyib

Vəziyyət belədir ki, dünyadakı bütün neft və qaz yataqlarının sahibi, yəni arxadakı görünməyən güc “Vitol”dur. Bununla da, hansı neftin haradan haraya getdiyinə də o qərar verir. Ona görə, onun üçün Aralıq dənizi də çox vacibdir.

Bəs bu şirkətin sahibləri kimlərdir? Bu gücü haradan alırlar? İnanın, çox az adam buna düzgün cavab verə bilər. Səhnədəki bütün simalar bu nizamın bir parçasıdır. Çox insan isə həqiqi sahibləri tanımır. Həmçinin, dünyanın yeganə müstəqil şirkət kimi də tanınır.

Şirkət sahibinin Dərin Amerikanın arxasındakı qüvvələr olduğu deyilsə də, şirkətin keçmiş icraçı direktoru İan Teylorun: “Amerika Dərin dövləti, İngilis Dərin dövləti və ya yer üzündəki bütün dərin dövlətlər “Vitol Group”dan əmr alır”, dediyi düşünülür. Yer üzündə bu cümləni qura biləcək çox az adam var. İan Teylorun bunu deməsi ilə bağlı bir dəlil olmasa da, onun barəsində deyilən “dünyadakı yeganə müstəqil şirkət”, əslində, ən böyük sübutdur.

İngilis iş adamı və “Vitol Group”un direktoru olan Rassel Hardi bu gün İngiltərə və ABŞ-da çox güclüdür. Rassel Hardinin Putinə “təbii qaz satmayacaqsınız”, “Aramco” üçünsə şahzadə Səlmana “ya neft istehsalını dayandıracaqsınız, ya da 100% artıracaqsınız” deməsi kifayətdir.

İnanılmaz görünsə də, vəziyyət budur. Bu durum Rassel Hardinin gücünə görə deyil, şirkətin dünyanın ən böyük oyunçusu olmasına görə yaranıb. “Aramco”, “Microsoft”, “Apple”, “Amazon” və “Alphabet” dünyanın ən dəyərli 5 şirkətidir. Lakin u şirkətlərin ümumi dəyərindən daha dəyərli və ümumi güclərindən çox daha güclü bir şirkət varsa, bu, “Vitol Group”dur. Dünyanın ən varlı ailələri dünyanı idarə edirsə, “Vitol Group” da onları idarə edir.

Şirkətin icraçı direktorundan başqa hər şeyi gizlidir. Elan olunan və iddia edilən direktorların heç biri real deyil. Mərkəzinin Cenevrədə və Rotterdamda olduğu deyilir, lakin bu da doğru deyil. Həmçinin, şirkətdə 1500-ə yaxın işçi olması da yanlış məlumatdır. Şirkətdə çalışan kəşfiyyat agentlərinin sayı təxminən 2 mindir.

Bu səbəbdən, “Vitol Group” Aralıq dənizindədir. İşin maraqlı hissəsi də budur. Bundan sonra Aralıq dənizi necə olacaq? ABŞ-dan Avropa Birliyinə, Qətərdən Cənubi Koreyaya qədər hər kəs Aralıq dənizindədir. Hər kəs gücünü toplayıb bura gəlir. O zaman bölgədə bir müharibə istəyirlərmi? Görünür, “Vitol Group” istəyir. Çünki müharibəsiz həll yolu yoxdur. “Vitol Group”a görə, təxminən 2 trilyon dollarlıq təbii qaz və neft ehtiyatları olan bir dənizdə sülh ola bilməz.

Kaş ki, Aralıq dənizindəki 20 trilyon dollarlıq sərvət qanuni haqqı olan ölkələrə versəydi. Lakin, təəssüf ki, belə olmayacaq. Heç vaxt da olmayıb. Öz içində inkişaf etsə belə, bu 300 illik sistem dəyişəcək. Dünyanı gözləyən şey məhz budur.

“Vitol Group” 300 il əvvəl mövcud deyildi. Ancaq bu günkü “Vitol Group”un təməli 300 il əvvəl atılmışdı. Heç bir dövlətin və heç bir liderin müstəqil olmasını istəmirlər. Bu səbəbdən, Aralıq dənizindəki gərginlik daha da artacaq.

Teylor 2018-ci ildə “Financial Times”a verdiyi açıqlamada deyib: “Hər bir ölkə neft almalı və satmalıdır. Rəqəmlərk bilirsiniz: dünyada bir milyard insan hələ də elektrik enerjisindən istifadə edə bilmir, 3 milyard insan hələ də sobada və kömürdə yemək bişirir. Aydın görünür ki, gedilməli olan çox böyük bir yol var”.

“Vitol Group” 2017-ci il iyun ayında 1 milyard 368 milyon avroya Neft Ofisi alaraq yaddaşımızda həkk olunmuşdu. Şirkətin əfsanəvi siması olan İan Teylor: “Neftsiz bir dövr ancaq xəyaldır və heç vaxt olmayacaq”, deyən bir şəxsdir. “ExxonMobil”dən “Chevron”a, Sinqapurdan Hustona, Səudiyyə Ərəbistanından Avropaya qədər uzanan nəhəng bir divdir və bu div Aralıq dənizində müharibə istəyir.

Yeni sistemin yaranması üçün dağıdıcı bir Aralıq dənizi müharibəsi bizi gözləyir. Bunu nəzərə alaraq addımlar atmaq lazımdır. Neftin hər damlasında imzası olan və sahibinin kimlər olduğunu gizlədən bir divi diqqətlə izləməliyik. Almaniyadan Fransaya, Papadan Mitsotakisə qədər hər kəs Aralıq dənizinə girib dünyanı narahat edirsə, məsələyə bir az fərqli prizmadan yanaşmaq lazımdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar