Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Məscidləri kilsəyə çevirən Yunanıstan bizə söz söyləyə biləcək sonuncu ölkədir" - Hami Aksoy

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan Xarici İşlər Nazirliyinin Kariye məscidinin ibadətə açılması ilə bağlı açıqlamasına cavab verib.

Trend-in məlumatına görə, H.Aksoy Kariye məscidinin də Ayasofya məscidi və Türkiyə torpaqlarındakı bütün mədəni dəyərlər kimi ölkənin mülkiyyəti olduğunu qeyd edib:

“Mədəniyyətimizdən və tariximizdən gələn tolerantlıq ənənəmiz və beynəlxalq konvensiyalardan irəli gələn hüquq və vəzifələrimiz çərçivəsində bütün mədəni sərvətlərimizi çox diqqətli bir şəkildə qoruyuruq.

Dünya irsi sahəsindəki statusun dəyişdirilməsinin YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması” haqqında Konvensiyasını pozmadığını vurğulamaq istəyirik.

Ərazisindəki Osmanlı mirası və digər məscidləri kilsəyə çevirən Yunanıstan digər dinlərə hörmət məsələsində bizə söz söyləyə biləcək sonuncu ölkədir.

Həmçinin ölkəsindəki türk azlığının hüquq və azadlıqlarını beynəlxalq razılaşmalara baxmayaraq, hər cür təzyiqlə məhdudlaşdıran Yunanıstanın bu mövzuda bizə dərs verməyə çalışması isə hədsizlikdir.

Yunanıstanın tarixi kompleksləri ilə bölgədə süni gündəm yaratmaq səyləri uğursuzluğa məhkumdur.

Yunanıstanı bir daha öz tarixi ilə barışmağa və ölkəsində müsəlmanların ibadət etmələri üçün lazımi şəraiti yaratmağa dəvət edirik”.

pia.az 


Etiket: Hami Aksoy


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Maqnit qasırğaları zamanı edilən səhvlər sadalandı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Ən çox oxunanalar