Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiqləndi

ABŞ-ın Demokratlar Partiyası keçmiş vitse-prezident Co Baydenin cari ilin noyabr ayında keçiriləcək seçkilərdə ölkə prezidentliyinə namizədi kimi təsdiq edib.

“TASS” xəbər verir ki, bu barədə qərar partiyanın Miluokidəki (Viskonsin ştatı) ümummilli qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub. Səsvermə pandemiya ilə əlaqədar olaraq virtual formatda keçirilib. Bayden artıq tələb olunan minimum səs həddini keçib - 2 374.

35 ildən çox Delaver ştatından senator seçilən və Obama administrasiyasında vitse-prezident vəzifəsini icra edən Bayden iradəli və təcrübəli demokratlardan biri hesab olunur. Bayden seçkidə qalib gələrsə, andiçmə vaxtı 78 yaşı olacaq. Bununla da ABŞ-ın ən yaşlı prezidenti kimi tarixə düşəcək.

Bayden 1973-2009-cu illərdə Delaver ştatından senator seçilib. O, ölkənin xarici siyasətində ən nüfuzlu şəxslərdən biri olub və dəfələrlə ABŞ Konqresinin Yuxarı Palatasında (Senat) xarici işlər komitəsinin sədri seçilib.

Senator olaraq Bayden, Vaşinqtonla Moskva arasında silaha nəzarətlə bağlı əməkdaşlığın lehinə olub və özü də bu işdə iştirak edib. ABŞ-ın Balkanlardakı vəziyyətə fəal müdaxiləsini dəstəkləyib. Xatirələrində Bayden Slobodan Miloşeviçi ilə görüşünü və onu “müharibə cinayətkarı” adlandırdığını xatırlayır. Daha sonra senator NATO-nun Yuqoslaviya Federal Respublikasına qarşı həyata keçirdiyi hərbi əməliyyatın tərəfdarı da olub.

Bayden NATO-nun şərqə doğru genişlənməsini də istəyib. Hətta Gürcüstan və Ukraynanı Şimali Atlantika Alyansına qəbul olunması ilə bağlı çağırış edib. 2001-ci ildə ABŞ-ın Əfqanıstanda və 2003-cü ildə İraqda hərbi əməliyyatların başlamasını dəstəkləyib.

Bayden iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı və qızı 1972-ci ildə baş verən avtomobil qəzasında ölüb. 2015-ci ildə böyük oğlu Bo, 46 yaşında beyin xərçəngindən dünyasını dəyişib. Buna görə Bayden 2016-cı il prezident seçkilərində iştirak etməyib.

1988-ci ildə Bayden beyin anevrizması ilə əlaqədar iki cərrahi əməliyyat keçirib. Keçmiş vitse-prezidentin həkimi hazırkı kampaniyanın başlanğıcında bunun demokratın sağlamlığına heç bir şəkildə təsir etməyəcəyini bildirib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

İcra başçısı vətəndaş qəbulunda özü kölgədə, sakinləri isə gündə, bağça stulunda oturtdu

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlandı

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Ən çox oxunanalar