Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Həsənli Zahid Oruca: “Sən kimsən ki, Türkiyə ordusuna qarşı çıxırsan?” - Video

Tanınmış televiziya aparıcı Kamran Həsənli sosial şəbəkədə millət vəkili Zahid Orucun Türk ordusunun Azərbaycana gəlişinin Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməsiylə bağlı fikirlərinə sərt münasibət bildirib.

Kamran Həsənli öz çıxışında qeyd edib ki, deyəsən bu dəhşətli strateq dostla düşmənin fərqini bilmir.Amma 1918-ci ildə də belə hallar baş verib.Nuru paşa öz xilaskar əsgərləri ilə Azərbaycana gələndə buradan Moskvaya çağırış məktubları yazan deputatlar olub. Əslində mən Zahid Oruc barədə fikirlərimi bölüşmək istəmirdim. Çünki onun bu strateji araşdırmalarından sonra əziz millətimiz sosial şəbəkələrdə nə lazımdırsa deyib, üstəlik də kəskin şəkildə deyiblər. Amma bir neçə il bundan əvvəl Milli Məclisdəki bir çıxışı gözümə dəydi. Orada da deyir ki, ”sülhsevər” ermənilərin Bakıya qayıtması yaxşı olardı. Onlar gedərdilər Şəhidlər Xiyabanına. Yəni, bu adam erməniləri Şəhidlər Xiyabanına aparmaq istəyir. Orada baş əyərdilər, üzr istəyərdilər və sonra rahat yaşayardılar. Yenə də daşnaklara pul köçürərdilər.

Aparıcı daha sonra bildirib ki, hörmətli “deputat” bəlkə İrəvandan, Zəngəzurdan döyülüb təhqir olunmuş soydaşlarımızın geri dönməsi barəsində danışardız?! Üstəlik də bu neçə il ərzində ardıcıl çıxışları ilə Zahid Oruc bu araşdırmaları ilə görəsən kimə xidmət edir?

Son zamanlar beşinci kolondan çox danışırlar. Beşinci kolonun üzvləri belə ekstrimal situasiyalarda,müharibə şəraitində rəqib ölkələrdə vətəndaşları çaşdırmaqla və onların fikirlərini yanlış yola yönəltməklə məşğul olarlar. Zahid Orucun bu araşdırmaları məncə xüsusi orqanlarımızın onun barəsində araşdırmaları ilə nəticələnsə yaxşı olar.

Sonda Zahid Oruca demək istəyirəm ki, türk ordusunun Azərbaycana gəlişi əsl millətsevərləri çox sevindirir. Əziz millətimiz bu ordunun önünə gül-çiçəklə və sevgi ilə çıxır. Bundan narahat olanlara isə “bay-bay” deyirik.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - Video

Ən çox oxunanalar