Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erkin Qədirli ilə başlayan “özfəaliyyət” parlament səviyyəsində sistemli fəaliyyətə keçməlidir

Erkin Qədirli ilə başlayan “özfəaliyyət” parlament səviyyəsində sistemli fəaliyyətə keçməlidir
İslahat adlandırılan prosesə parlament özünün həqiqi töhfəsini vermək istəyirsə, qanun yaradanların qanunun tələbləri səviyyəsində hərəkət edərək nümunə ortaya qoymalarını təmin etməlidir

Bu günlərdə sosial şəbəkələrin gündəmini bəzəyən məsələlərdən biri deputat Erkin Qədirlinin son 6 ayın gəlirləri və xərcləri ilə bağlı açıqlamasıdır. İlk baxışdan maraqlı və bir o qədər də qeyri-adi görünür. Doğrudur, maraqlı hesab etmək olar, amma qeyri-adi görünməməlidir. Çünki dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərin gəlirləri və əmlakı barədə bəyanamələri dərc etmələri həm hüquqi vəzifə, həm də ictimai borc olmalıdır.

Axı biz hüquqi dövlət və açıq hökumət quruculuğundan danışırıq, “şəffaflıq” anlayışı heç dilimizdən düşmür. Belə olan halda, Milli Məclisin deputatı olaraq “seçilmiş şəxs” qismində xarakterizə olunanlar nə üçün "Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları"nın icrasına uyğun hərəkət etməsinlər?!

Üstəlik, ölkə başçısının elə bu il imzaladığı Sərəncamla təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan "vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi"nin icrası ilə məşğul olmağın tövsiyə edildiyi ünvanlardan biri Milli Məclis və onun Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsidir.

Deməli, elə komitənin üzvü Erkin Qədirli ilə başlayan bu “özfəaliyyət” Milli Məclis səviyyəsində sistemli fəaliyyətə keçməlidir. İslahat adlandırılan prosesə parlament özünün həqiqi töhfəsini vermək istəyirsə, qanun yaradanların qanunun tələbləri səviyyəsində hərəkət edərək nümunə ortaya qoymalarını təmin etməlidir.

Nazirlər KabinetiƏdliyyə Nazirliyinin qarşısında duran vəzifə isə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini tam təmin etməkdir. O zaman hüquqi dövlət, açıq hökumət, şəffaf cəmiyyət quruculuğu istiqamətində əhəmiyyətli addım ataraq müəyyən irəliləyişə nail ola bilərik.(dominant.az)

pia.az 


Etiket: Parlament


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

Rusiyada qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan yoxdur

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Ən çox oxunanalar