Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfirlik: "Polad Bülbüloğlunun fikirləri kontekstdən çıxarılıb"

Cari ilin 15 iyul tarixində Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədi ilə Səfirliyin binasının önünə gəliblər.

Azərbaycanın Rusiyadakı Səfirliyindən verilən məlumata görə, Səfir Polad Bülbüloğlu onlarla görüşüb.

“Bu barədə kütləvi informasiya vasitələrinə geniş məlumat da verilib. Lakin, çox təəssüflə qeyd etmək istəyirik ki, Səfirliyin sözügedən məlumatını təkrar yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxardaraq təxribata əl atıb və bu fikirlərin sanki 24 iyul tarixində səsləndirildiyi barədə yanlış xəbər veriblər.

Bildiririk ki, bu gün Səfirliyin qarşısında heç bir toplaşma olmayıb. Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə provokasiya yönlü məlumat yayanlar Səfirliyin onsuz da gərgin işinə maneçilik törədirlər”, - deyə məlumatda qeyd olunub.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Ən çox oxunanalar