Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyanın müdafiə naziri Türkiyənin Suriya və Liviyada qüvvələr balansını dəyişən PUA-larından danışdı

Türkiyənin “Bayraktar TB2” pilotsuz uçan aparatlarını effektiv tətbiq etməsi nəticəsində Liviyada və Suriyada qüvvələr balansı dəyişdi.

Virtualaz.org xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. “Bayraktar TB2” zərbə pilotsuz uçan aparatları əvvəlcə Suriyanın İdlib əyalətində gedən döyüşlərdə, daha sonra Liviyada feldmarşal Xəlifə Haftarın qüvvələrinə qarşı döyüşlərdə effektiv tətbiq edilib. Bu PUA-lar çoxsaylı hədəfləri, o cümlədən Rusiyanın istehsalı olan ən azı 23 “Pantsir” zenit raket-top kompleksləri vurub. Nəticədə “Bayraktar TB2” beynəlxalq mediada “Pantsir”lərin qənimi adını qazanıb.

Nazirin sözlərinə görə, Böyük Britaniya müdafiə məsələsində digər ölkələrin təcrübəsindən nümunə götürməlidir. Konkret olaraq London Türkiyənin uğurlu təcrübəsinə diqqət yetirməlidir.

“Diqqət yetirin, Türkiyə 2019-cu ilin ortalarından bəri Liviyada “Bayraktar TB2” PUA-larına necə uğurla tətbiq edir. Bu pilotsuz aparatlar informasiyaların toplanması, müşahidə, hərbi obyektlərə, təchizat yollarına və logistik bazalara zərbə endirilməsi üçün effektiv tətbiq edilir”,-Ben Uolles deyib.

Nazir habelə xatırladıb ki, ötən ilin iyul ayında Türkiyə qoşunları pilotsuz aparatların köməyi ilə Liviyada Haftarın qüvvələrinin Cufra aerportu rayonunda yerləşən komanda məntəqəsini və iki nəqliyyat təyyarəsini məhv edib.

“Türkiyənin Suriyadakı hərəkətlərini, “ağıllı” sursatların effektiv tətbiqini, düşmənin tanklarının, zirehli texnikasının və zenit-raket qurğularının necə məhv edilməsini yada salın. Bütün bunlar Bəşər Əsədin ordusunun sıralarında ağır itkilərə gətirib çıxardı. 3 minə yaxın yaraqlı, 151 tank, 8 vertolyot, üç PUA, qırıcılar, yük maşınları, səkkiz HHM sistemi, digər hərbi texnika və komanda qərargahları məhv edildi”,-Ben Uolles xatırladıb.

Xatırladaq ki, Azərbaycan da Türkiyədən “Bayraktar TB2” pilotsuz aparatlarının və digər PUA-ların alınması üçün anlaşma əldə edib. Tovuz istiqamətində gedən son döyüşlər bu müasir PUA-ların Azərbaycan ordusunun silahlanmasına qəbul edilməsini daha da aktuallaşdırıb. Xəbər verildiyi kimi, ötən gün Azərbaycanın Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov Türkiyəyə gedərək müdafiə naziri Hulusi Akarla danışıqlar aparıb.

pia.az 


Etiket: Ben Uolles


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar