Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran: Azərbaycanın ərazi bütövlüyünü qorumaq - bizim strategiyamızdır

İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında telefon danışığı olub... 

Mahmud Vaezi bildirib: “Ölkələrin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması İran İslam Respublikasının regional strategiyası olub və olacaq. Tehran-Bakı münasibətlərinin hərtərəfli inkişafı, gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində səylərin zəruriliyinə təkid edirik”.

Prezident Administasiyasının rəhbəri iki ölkə əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində səylərin zəruriliyinə işarə edərək deyib: “Qonşular ilə əlaqələrin inkişafi İranın xarici siyasətinin əsas prinsiplərindən hesab olunur və bu sahədə Tehran-Bakı hərtərəfli əməkdaşlıqlarının və münasibətlərinin daha da inkişafına, güclənməsinə, möhkəmlənməsinə hazırıq”.

Prezident Administrasiyasının rəhbəri vurğulayıb ki, İran məsələlərin və ixtilafların siyasi həll yolları və müzakirələrlə həllinə daim təkid edir və yaranmış problemin güc tətbiq etmədən həll olunacağına ümid edir.

Öz növbəsində Şahin Mustafayev İran dövlətinin və xalqının baş verən hadisə ilə bağlı başsağlığına görə təşəkkür edib: “İranın ölkələrin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasına münasibətdə mövqeyi daim ehtirama layiq olub”.

Baş Nazirin müavini həmçinin iki ölkə arasında hərtərəfli əməkdaşlıqların və münasibətlərin inkişafına münasibətdə İranın səylərinə görə təşəkkür edərək, iki ölkə rəsmilərinin bu istiqamətdə daha çox səylərinin zəruriliyinə təkid edib”.

Tərəflər koronavirus pandemiyasının mövcudluğuna baxmayaraq, iki ölkənin ticarət mübadiləsinin bərqərar olunmasına işarə edərək, sərhədlərin açıq olması üçün rəsmilərin səylərindən, eləcə də son aylarda iki ölkənin ticarət mübadiləsinin 14% artdığından məmnunluq ifadə ediblər.

Vaezi və Şahin Mustafayev həmçinin İranAzərbaycan rəsmilərinin avtomobil və dəmir yolu əlaqələrinin genişləndirilməsi, Şimal-Cənub dəhlizinin təkmilləşdirilməsi ilə bağlı iki ölkənin müştərək sərhəddində fikir mübadiləsi, danışıqlarına işarə edərək, münasibətlərin və əlaqələrin korona xəstəliyinin yayılmasından əvvəlki vəziyyətə tezliklə qayıtmasına ümid ifadə ediblər.

pia.az 


Etiket: Mahmud Vaezi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Smart tipli su sayğaclarının batareyasını dəyişmək üçün vətəndaşlardan 20 AZN alınır? - Rəsmi açıqlama

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Ən çox oxunanalar