Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oliqarx deputatdan sərt açıqlama: “Eldar Mahmudovun yaratdığı saytlar...”

“Vaxtilə Eldar Mahmudovun yaratdığı və onun çetesinə xidmət edən saytlarda növbəti dəfə mənim adımı dərman preparatları ilə bağlı hallandırıblar”...

PİA.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev sosial şəbəkədə yazıb. O, deyib ki, həmin saytlar yazıb ki, Avromed koronavirusun müalicəsi üçün istifadə olunan bəzi dərmanları yalnız öz apteklərinə verir: 

“Karlar, korlar və bir sıra reket saytları idarə edən dələduzlar üçün bir daha təkrar etməyə məcburam:

Birincisi, mən 2010-cu il dekabrın 1-dək Avromedin Direktoru olmuşam. İndi isə 2020-ci ildir.

İkincisi, 2016- cı ildə səhmlərin mənə məxsus olan hissəsini satmışam və mənim Avromed şirkəti ilə heç bir əlaqəm yoxdur.

Üçüncüsü, koronavirusa qarşı dərman preparatları vitamin deyil ki, aptekdə satılsın. Bu dərmanlar ancaq koronavirusun müalicəsi ilə məşğul olan xüsusi xəstəxanalara TƏBİB tərəfindən verilə bilər. Kimsə bu dərmanları əldə edib öz aptekində satmaq istəyirsə, deməli möhtəkirlik etmək istəyir”.

Deputat açıqlama zamanı AFN.az və Yenigundem.az saytlarının adlarını çəkib.

pia.az


Etiket: Eldar Mahmudov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Azərbaycan idmançısı Rusiyada dörd qızıl medal qazandı - Foto

Azərbaycan və Ermənistan XİN başçıları açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Ən çox oxunanalar