Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan yığmasının oyunlarının vaxtı açıqlanıb

2021-ci ildə keçiriləcək kişilər və qadınlar arasında voleybol üzrə Avropa çempionatlarının koronavirus pandemiyası üzündən təxirə salınan seçmə oyunlarının tarixi müəyyənləşib...

Avropa Voleybol Konfederasiyası (CEV) seçmə mərhələnin turnirləri üçün ilkin vaxtları açıqlayıb.

Öncədən bu ilin avqust və sentyabr aylarına planlaşdırılan qarşılaşmalar 2021-ci ilin əvvəlində keçiriləcək. Qadınlardan ibarət Azərbaycan millisi birbaşa final mərhələsinə qatılacaq.

Seçmə oyunlarında isə yalnız kişi voleybolçularımız mübarizə aparacaq. Yığmamız F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstanla üz-üzə gələcək.

Bu qrupda 1-ci turnir, yəni I dövrə yanvarın 7-10-da Gürcüstanda təşkil olunacaq. Bir həftə sonra – ayın 14-17-də komandalar mübarizəni Monteneqroda davam etdirəcək.

Qeyd edək ki, seçmə mərhələ əvvəlki illərdə ev-səfər prinspi ilə keçirilirdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar