Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalqı "dovşan", "qorxaq" adlandırır, özü də İsveçrədən...- Etibar Əliyev

Etibar Əliyev Mehmanla bağlı qalmaqala aydınlıq gətirib...

"Allah Mehman Hüseynova şəfa versin, tezliklə sağalsın. Burada söhbət onun "Facebook" sosial şəbəkəsində paylaşdığı şəklindən gedir. Dovşan libası geyinib, xalqı təhqir edib, "Dovşan xalqın nümayəndəsiyəm" deyib. Mən bu təhqirə reaksiya vermişəm. Axı bu xalq sənə dəstək verib, müalicən üçün kifayət qədər vəsait toplayıblar, narahat olublar".

PİA.az-a açıqlamasında deputat Etibar Əliyev deyib.

E.Əliyev Mehman Hüseynovun "Etibar Əliyev mənim hesabıma deputat olub" fikrinə də münasibət bildirib: "Mehman Hüseynov dönə-dönə təkrar edir ki, onun hesabına deputat seçilmişəm. Qətiyyən belə deyil. Bir sirr açım, onu deputatlığa namizəd Fərəc Quliyevin səsini yazmağa mən göndərməmişəm. Özü bunu edib, səsi yazıb və yayıb. Sonra nə hadisələr baş veribsə, deyə bilmərəm... Mən səsvermə əsasında deputat seçilmişəm. Bir daha təkrar edirəm, onu Fərəc Quliyevin üzərinə mən göndərməmişəm. Mehman Hüseynov hər gün bizim ofisimizə gəlirdi. Deyirdi ki, Fərəc Quliyevin onda səs yazısı var. Mehman Hüseynovun danışdıqlarının hamısı yalandır. O bizim ofisimizə niyə və üçün gəlib? Hamısını yalan danışır... Səsvermənin nəticələri ilə bağlı da yanlış informasiyalar verir. O kimdi onun hesabına deputat olam".

Deputat Mehman Hüseynovla bağlı sosial şəbəkədə yazdığı statusu silməsinə də aydınlıq gətirib: "Bəli, status yazmışdım, paylaşanlar da olmuşdu. Sonra bir anlıq düşündüm ki, bu hələ xəstədir, müalicə olunur, nə vaxt başa çatacağı da bilinmir. Necə olur, deputat Fazil Mustafa bir qrup şəxsi "sürü" adlandırmışdı, hamı ona həmlə etdi, Mehman Hüseynov isə xalqı "dovşan" adlandırır, onun üzərinə deyil, verdiyim cavaba görə mənə həmlə edirlər? Xeyir ola? Bunların hamısı sosial şəbəkədəki qruplaşmaların işidir, qaragüruhun mövqeyidir. Dovşan paltarı geyinir, xalqı "dovşan", "qorxaq" adlandırır, özü də İsveçrədən təhqir edir. Söhbət budur…"(pravda.az)

pia.az


Etiket: Etibar Əliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar